Ana Səhifə
Vakansiyalar

Kiçik mühasib (Xaçmaz rayonu)

Kiçik mühasib (Xaçmaz rayonu)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 mart 2026

Son Tarix: 30 mart 2026

Təsvir

  • Anbara daxil olan və çıxan malların qeydiyyatını aparmaq;

  • Gəlir və məxaric sənədlərini (qaimə, faktura, təhvil-təslim aktı və s.) yoxlamaq;

  • Anbar qalığını gündəlik nəzarətdə saxlamaq;

  • 1C və ya digər mühasibat proqramlarında əməliyyatları işləmək;

  • Gündəlik, aylıq və illik hesabatları hazırlamaq;

  • Qaimələrin düzgünlüyünü yoxlamaq;

  • Anbar və mühasibatlıq arasında uyğunluğu təmin etmək;

  • Elektron uçot sistemində məlumatları düzgün daxil etmək;

  • Əsas vəsaitlərin istismara verilməsi, inventarizasiyası, uçotuna nəzarət.

Tələblər

  • Ali təhsil (Maliyyə və Mühasibatlıq sahəsi üzrə);

  • Sahə üzrə iş təcrübəsi arzuolunandır;

  • Mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması və təhlili bacarığı;

  • İşində dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti;

  • 1C ERP sistemində və MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;

  • Dəqiqlik, məsuliyyət və analitik düşünmə qabiliyyəti;

  • Konfidensial məlumatlarla işləmə bacarığı.

Necə Müraciət Etmək Olar

Yalama Agropark LLC

Yalama Agropark LLC

Manufacturing

Yalama Agropark LLC Azərbaycanda fəaliyyət göstərən müasir aqrar-sənaye müəssisəsidir və əsasən istixana kompleksləri, tərəvəz istehsalı və aqro-emal istiqamətində ixtisaslaşıb. Şirkət kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlıq əldə etməyi və keyfiyyətli məhsulları həm daxili, həm də ixrac bazarına təqdim etməyi hədəfləyir. Yalama Agropark fəaliyyətində damcılı suvarma sistemləri, iqlimə nəzarət texnologiyaları və müasir aqrotexniki yanaşmalar tətbiq edir. Şirkət regionun aqrar potensialının inkişafına, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun gücləndirilməsinə töhfə verən iri kənd təsərrüfatı layihələrindən biri kimi qiymətləndirilir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10683

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya