Kiçik mühasib
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
İş şəraiti:
İşəgötürən: Eden Agro MMC
Struktur: Maliyyə departamenti
Birbaşa rəhbər: Baş mühasib
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
Satış üzrə elektron qaimələrin və hesab-fakturaların göndərilməsi, bu əməliyyatların və daxil olan pul vəsaitlərinin 1C/ERP sisteminə daxil edilməsi,
Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək və debitor və kreditorlarla üzləşmələrin aparılması,
Daxil olmuş elektron qaimələrin sənədlərinin tam şəkildə yığılmasına kömək etmək, xidmət alışlarının təsdiqedici sənədlərə əsaslanaraq 1C/ERP sisteminə daxil etmək,
Texnika subsidiyaları üzrə müvafiq sənədlərin yığılması, çatışmayan sənədlər üzrə təchizatçılarla danışıqların aparılması, bankdan gələn uyğunsuzluqların araşdırılması və uçotun aparılması,
Ay bağlanışı zamanı əməliyyatların 1C/ERP sisteminə daxil edilməsində Baş mühasibə köməkliyin göstərilməsi,
Təsərrüfat sahələrində çalışan mühasiblərin cari işlərinin görülməsində dəstək göstərilməsi,
Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
Vəzifə tələbləri:
Ali təhsil (maliyyə, mühasibat və ya iqtisadiyyat sahəsində);
Mühasibat uçotu üzrə ən azı 1 il iş təcrübəsi;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis, İngilis dili yaxşı;
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi;
1C / ERP, MS Office (xüsusilə Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
Korporativ tibbi sığorta paketi
Peşəkar və liderlik inkişaf proqramları
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Kiçik mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Necə Müraciət Etmək Olar
Eden Agro MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18584
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə