İş şəraiti:
Struktur: Daxili Audit Departamenti
Birbaşa rəhbər: Daxili Audit Meneceri
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Vəzifə öhdəlikləri:
İllik audit planına əsasən daxili audit yoxlamalarının həyata keçirilməsi;
Audit layihələri üzrə risk əsaslı audit planlarının hazırlanması və audit prosedurlarının icrası;
Komanda üzvü qismində səmərəli çalışması, öhdəliklərin bölüşülməsi, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparılması;
Nəzarət mexanizmlərində çatışmazlıqları, qanunvericiliyin, daxili prosedur və qaydaların pozulmalarını aşkar etmək məqsədi ilə müvafiq məlumatları toplayaraq analiz edilməsi;
Kiçik auditorların işlərinin yönləndirilməsi, metodoloji dəstək və inkişaflarının təmin edilməsi;
Əməliyyat, maliyyə və uyğunluq auditlərinin aparılması;
İstehsalalat proseslərinin, məhsuldarlıq göstəricilərinin və itkilərin təhlili;
Resurslardan (torpaq, gübrə, toxum, texnika və s.) istifadə səmərəliliyinin qiymətləndirilməsi;
Müəyyən edilmiş uyğunsuzluqlar və risklər üzrə tövsiyələrin hazırlanması və icrasına nəzarət;
Audit nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi;
Daxili Audit şöbəsində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirilməsi.
Vəzifə tələbləri:
Biznesin idarə edilməsi, Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil ;
Müvafiq sahədə minimum 2-3 ilə iş təcrübəsi;
ACCA, CIA və ya digər peşəkar sertifikatlar üstünlük hesab olunur;
Kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlük hesab olunur;
Ezamiyyətlərə açıq olmaq və sahə auditlərində aktiv iştirak etmək;
Kommunikasiya və təqdimat bacarıqları;
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis, İngilis dili – işgüzar yazışma və oxu səviyyəsində;
MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Korporativ tibbi sığorta paketi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Aparıcı Auditor” qeyd edərək qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.