Kiçik Korporativ Müştəri Meneceri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 3 iyun 2026
Təsvir
Mövcud müştərilər üzrə biznes əlaqələrinin gücləndirilməsi və genişləndirilməsi;
Müştəri sorğularının operativ cavablandırılması, yüksək xidmət səviyyəsinin təmin edilməsi;
Müştərilərin bank məhsullarından istifadəsinin artırılması (cross-sell və up-sell);
Yeni korporativ müştərilər üzrə potensial bazarın araşdırılması;
Müştərilərin maliyyə məlumatlarının ilkin təhlili;
Kredit tələblərinin formalaşdırılması və sənədlərin toplanmasına dəstək;
Kredit analitikləri ilə koordinasiyalı şəkildə kredit təhlilinə nəzarət;
Kredit komitəsi üçün materialların hazırlanması və təqdim edilməsi;
Kredit portfelinin keyfiyyətinə nəzarət və risklərin erkən aşkarlanması;
Müştərilərlə görüşlərin təşkili və keçirilməsi.
Tələblər
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr);
Bank məhsulları və xidmətləri (kreditlər, trade finance, treasury, hesab-kassa xidmətləri, kart məhsulları və s.) üzrə bilik;
Müqavilə, hüquqi sənədlər və risk idarəetməsi üzrə anlayış;
Excel, PowerPoint, CRM sistemləri ilə işləmə bacarığı;
Minimum 1–2 il korporativ bankçılıq, satış, maliyyə və ya müştəri münasibətləri sahəsində iş təcrübəsi;
Korporativ müştərilərlə danışıqlar və görüşlərin idarə edilməsində təcrübə;
Danışıqlar aparmaq, kommersiya şərtlərini formalaşdırmaq bacarığı;
Vaxtın idarə olunması, prioritetləşdirmə və çoxsaylı tapşırıqla işləmək bacarığı;
Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticə yönümlülük.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17386
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+