Kibertəhlükəsizlik üzrə Baş mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 24 fevral 2026
Təsvir
"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Vəzifənin əsas məqsədi:
Təşkilatın informasiya sistemləri və rəqəmsal aktivlərinin kibertəhdidlərdən qorunmasını təmin etmək, təhlükəsizlik risklərini proaktiv şəkildə idarə etmək və insidentlərə operativ cavab mexanizmlərini formalaşdırmaq. Təhlükəsizlik arxitekturasının inkişafında texniki liderlik etmək.
Səni hansi missiya gözləyir:
Şirkətin informasiya təhlükəsizliyi infrastrukturunun və perimetr təhlükəsizlik sistemlərinin (Firewall, IPS/IDS, WAF, Load Balancer, VPN, Proxy) arxitekturasının layihələndirilməsi, qurulması və idarə edilməsi
Təhlükəsizlik sistemlərinin inteqrasiyası və idarə edilməsi (Mail Security, Endpoint Detection & Response (EDR/XDR), Next Generation Firewall (NGFW), DDoS hücümlarından qorunma sistemləri, SİEM, PAM, DLP)
Yeni təhlükəsizlik həllərinin seçilməsi, POC-lərın təşkili və istehsal mühitinə tətbiqi
Təhlükəsizlik insidentlərinin aşkarlanması, araşdırılması və Incident Response proseslərinin aparılması
Zəifliklərin idarə olunması, sistemlərin sərtləşdirilməsi (hardening) və patch management proseslərinə nəzarət
Şəbəkə və server infrastrukturunda təhlükəsizlik konfiqurasiyalarının hazırlanması və tətbiqi
IT, Network, System və DevOps komandaları ilə təhlükəsizlik üzrə koordinasiya
Texniki sənədləşmə, auditlər və təhlükəsizlik hesabatlarının hazırlanması
Tələblər
Səndən gözlədiklərimiz:
İnformasiya təhlükəsizliyi, İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil
Kibertəhlükəsizlik sahəsində minimum 3 il real iş təcrübəsi
Network Security & Perimeter Security, DDoS Protection və Traffic Filtering, NGFW (Next-Generation Firewall), EDR / XDR həlləri, Mail Security, SIEM sistemləri, DLP (Data Loss Prevention), PAM (Privileged Access Management) istiqamətlər üzrə dərin praktiki bilik və təcrübə
Şəbəkə texnologiyaları (TCP/IP, VLAN, VPN, Routing, Firewall) üzrə dərin biliklər
Windows və Linux server mühitləri üzrə təhlükəsizlik konfiqurasiyalarının qurulması və idarə edilməsi
Hücumların aşkarlanması və qarşısının alınması üzrə (MITRE ATT&CK, SOC və Incident Response) prosesləri üzrə biliklər
Güclü analitik düşüncə və problemlərin kök səbəbinin təhlili bacarığı
Komandada effektiv işləmək, liderlik və operativ qərarvermə qabiliyyəti
Müstəqil işləmək, prioritetləri düzgün müəyyənləşdirmək və məsuliyyət daşımaq bacarığı
Texniki sənədlərlə işləmə və təqdimat bacarıqları
Üstünlük sayılan sertifikatlar
CEH
CySA+
SecurityX
CCNA
CCNP
Necə Müraciət Etmək Olar
Aztelekom
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4948
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə