Kiber təhlükəsizlik üzrə administrator

Finance

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 6 iyun 2026

Təsvir

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir**.** Hal hazırda aktiv olan vakansiya**: Kiber təhlükəsizlik üzrə administrator**

Vəzifə öhdəlikləri:

  • NGFW, e-mail security gateway, PAM, WAF kimi qabaqcıl kibertəhlükəsizlik alətlərinin layihələndirilməsi, tətbiqi, konfiqurasiyası və idarəedilməsi. Bu alətlərin yüksək keyfiyyətdə işləməsini təmin etmək və problemlərin aradan qaldırılması üzrə operativ tədbirlər görmək;

  • İKT infrastrukturunun qəza və xətalardan bərpa proseslərinə rəhbərlik edərək davamlılığı təmin etmək;

  • Digər mühafizə vasitələri və idarəetmə sistemləri ilə inteqrasiyaları planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;

  • İnformasiya təhlükəsizlik siyasətləri və standartlarına uyğun olaraq informasiya sistemlərinə nəzarət mexanizmlərinin tətbiqini və monitorinqini həyata keçirmək;

  • Audit prosesləri çərçivəsi və uyğunluq yoxlamalarında iştirak və texniki dəstək göstərmək;

  • Sistem girişinə nəzarət etmək və informasiya təhlükəsizliyi alətlərindən istifadə etməklə sistemin bütövlüyünü qorumaq;

  • Təhlükəsizlik alətlərindən gələn “alert”-lara cavab vermək və riskləri vaxtında aradan qaldırmaq;

  • Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC) komandası ilə əməkdaşlıq edərək insidentlərə cavab vermək, potensial təhdidləri müəyyənləşdirmək və onların həllini koordinasiya etmək;

  • SOC çərçivəsində müştərilərə texniki konsultasiyalar verərək təhlükəsizlik mövqeyinin optimallaşdırılması üçün tövsiyələr vermək.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;

  • Kibertəhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi;

  • E-mail  security gateway, NGFW, PAM və ən azı iki əlavə kibertəhlükəsizlik aləti (məs. DLP, EPP/EDR, SIEM, SOAR) ilə iş təcrübəsi;

  • Təhlükəsizlik sistemlərinin yaradılması prinsiplərini və praktiki kibertəhlükəsizlik metodlarını (hücumların aşkarlanması və onlardan qorunma üsulları) düzgün analiz etmək bacarığı;

  • Şəbəkə texnologiyaları və infrastruktur təhlükəsizliyi üzrə praktiki biliklər.

  • Güclü analitik düşüncə və insidentlərin səbəbini təyin etmək qabiliyyəti;

  • Komanda ilə effektiv işləmək və mürəkkəb vəziyyətlərdə operativ qərar vermə bacarığı;

  • Müstəqil işləmək və prirotetlərə uyğun tapşırıqları icra etmə bacarığı;

Üstünlüklər:

  • Kibertəhlükəsizlik üzrə sertifikatların mövcudluğu (CEH, CISSP, CCNA Security, PCNSA/PCNSE və s.);

  • SOC mühitində və insidentlərin idarəedilməsində təcrübə.

Namizədlər qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Necə Müraciət Etmək Olar

Azericard

Azericard

Finance

AzeriCard (Azərikard MMC) — Azərbaycanın bank sektorunda ödəniş kartları üzrə xidmətlər göstərən ilk və ən böyük prosessinq mərkəzlərindən biridir. Şirkət 1996-cı ildən fəaliyyət göstərir və bank kartları ilə aparılan əməliyyatların emalı, idarə edilməsi və təhlükəsiz şəkildə həyata keçirilməsi üzrə ixtisaslaşıb. “Azərikard” MMC eyni zamanda Visa, MasterCard, American Express, Diners Club, UnionPay və JCB kimi beynəlxalq ödəniş sistemləri tərəfindən sertifikatlaşdırılmış prosessinq mərkəzi kimi tanınır və həm Azərbaycanda, həm də ölkə xaricində bir sıra banklara prosessinq xidmətləri göstərir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17670

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya

Helpdesk

Tam Ştat

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Helpdesk. Vəzifəyə olan tələblər: Ali təhsil (üstünlük texniki ixtisas); İT sahəsində ən azı 1 illik iş təcrübəsi; Windows əməliyyat sistemlərinə dair biliklər və işləmək bacarığı; Şirkətin fəaliyyətində istifadə olunan sistemlərin quruluş və iş prinsiplərinin bilikləri; Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti; Azərbaycan və rus dili sərbəst, İngilis dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması). Vəzifə öhdəlikləri: Şirkətdə istifadə olunan avadanlıqların işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görür; Qəbul olunmuş tələbləri qeydiyyatdan keçirir, onların təhlilini aparır və departamentinin səlahiyyətli əməkdaşlarını məlumatlandırır; İşçi stansiyalarının və şirkətin sistemlərinin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında yuxarı rəhbərə vaxtında yazılı şəkildə məlumat verir; İşçi stansiyalarının və cavabdeh olduğu sistemlərin təhlükəsizliyini təmin edir. Namizədlər qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Frontend developer

Tam Ştat

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Frontend developer Vəzifəyə olan tələblər: Ali təhsil; Frontend development sahəsində minimum 2 il iş təcrübəsi; JavaScript və TypeScript üzrə güclü biliklər; React və React Hooks üzrə praktiki təcrübə; REST API ilə işləmə təcrübəsi; HTML5 və CSS3 üzrə dərin biliklər; Responsiv və adaptiv dizayn təcrübəsi; Müasir "build" alətləri (Vite, Webpack) ilə işləmə təcrübəsi; Analitik düşüncə və problemləri həll etmə qabiliyyəti; Git ilə işləmə bacarığı; Data structures və design patterns üzrə bilik; Figma kimi alətlərlə işləmə bacarığı. Vəzifə öhdəlikləri: Proqram təminatının inkişafı üçün dizayner, proqramçı, analitik, layihə rəhbərləri və diğər aidiyyəti şöbələr ilə işləmək; Problemlərin aradan qaldırılması, xətaların incələnməsi və proqram təminatının təkmilləşdirilməsi; Sahədəki ən son texnologiyalarla tanış olmaq, yenilikləri izləmək və tətbiq etmək; Kod təhlilində iştirak etmək və komanda ilə bilik paylaşımına səy göstərmək; Funksionallıqların test edilməsi; Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək. Namizədlər qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Backend developer

Tam Ştat

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Backend developer. Vəzifəyə olan tələblər: Ali təhsil; 3+ illik Java/J2EE proqramlaşdırma təcrübəsi; Java Core və OOP dizayn prinsipləri üzrə dərin bilikləri; Spring (xüsusilə Spring Boot) üzrə iş təcrübəsi; RESTful API backend inteqrasiyası üzrə iş təcrübəsi; Microservice arxitekturası, web servislər üzrə iş təcrübəsi; Proqramlaşdırma problemlərini araşdırmaq və həll etmək bacarığı; Oracle verilənlər bazası ilə iş təcrübəsi; Design patterns ilə iş təcrübəsi; Riyazi alqoritmlər və müasir DevOps üzrə bilik və bacarığı; Vəzifə öhdəlikləri: Proqram təminatının hazırlanması və istismara çıxarılması, quraşdırılması və tətbiqi; Mövcud proqram təminatlarında yeni funksionallıqların əlavə edilməsi; Cavabdeh olduğu və yaratdığı sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanılmasının təmini; Sistemlərin fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün operativ tədbirlərin görülməsi və onların yaranma səbəblərini vaxtında araşdırılması; Sistemlərin fəaliyyəti üçün istifadə olunan proqram təminatların lisenziyalarının və sertifikatlarının istifadə olunması müddətinə nəzarətin edilməsi. Namizədlər qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.