Backend developer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 6 iyun 2026
Təsvir
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Backend developer.
Vəzifəyə olan tələblər:
Ali təhsil;
3+ illik Java/J2EE proqramlaşdırma təcrübəsi;
Java Core və OOP dizayn prinsipləri üzrə dərin bilikləri;
Spring (xüsusilə Spring Boot) üzrə iş təcrübəsi;
RESTful API backend inteqrasiyası üzrə iş təcrübəsi;
Microservice arxitekturası, web servislər üzrə iş təcrübəsi;
Proqramlaşdırma problemlərini araşdırmaq və həll etmək bacarığı;
Oracle verilənlər bazası ilə iş təcrübəsi;
Design patterns ilə iş təcrübəsi;
Riyazi alqoritmlər və müasir DevOps üzrə bilik və bacarığı;
Vəzifə öhdəlikləri:
Proqram təminatının hazırlanması və istismara çıxarılması, quraşdırılması və tətbiqi;
Mövcud proqram təminatlarında yeni funksionallıqların əlavə edilməsi;
Cavabdeh olduğu və yaratdığı sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanılmasının təmini;
Sistemlərin fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün operativ tədbirlərin görülməsi və onların yaranma səbəblərini vaxtında araşdırılması;
Sistemlərin fəaliyyəti üçün istifadə olunan proqram təminatların lisenziyalarının və sertifikatlarının istifadə olunması müddətinə nəzarətin edilməsi.
Namizədlər qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Azericard
Finance
AzeriCard (Azərikard MMC) — Azərbaycanın bank sektorunda ödəniş kartları üzrə xidmətlər göstərən ilk və ən böyük prosessinq mərkəzlərindən biridir. Şirkət 1996-cı ildən fəaliyyət göstərir və bank kartları ilə aparılan əməliyyatların emalı, idarə edilməsi və təhlükəsiz şəkildə həyata keçirilməsi üzrə ixtisaslaşıb. “Azərikard” MMC eyni zamanda Visa, MasterCard, American Express, Diners Club, UnionPay və JCB kimi beynəlxalq ödəniş sistemləri tərəfindən sertifikatlaşdırılmış prosessinq mərkəzi kimi tanınır və həm Azərbaycanda, həm də ölkə xaricində bir sıra banklara prosessinq xidmətləri göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17667
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500