Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Beyləqan)

Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Beyləqan)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 12 mart 2026

Son Tarix: 9 aprel 2026

Təsvir

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;

  • Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;

  • Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması;

  • İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;

  • Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə keyfiyyətin idarəedilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi üzrə tədbirlərin işlənib hazırlanması;

  • Keyfiyyətsiz məhsulların, onların səbəblərinin və məsul şəxslərin uçotunun aparılması;

  • Qüsurlu iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsinin tələb edilməsi;

  • Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;

  • Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;

  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların hazırlanaraq təqdim edilməsi.

Tələblər

📚 Normativ və metodoloji biliklər:

  • Məhsulun keyfiyyətinin idarə edilməsinə dair metodik və normativ sənədləri;

  • Keyfiyyətin yüksəldilməsinin planlaşdırılması metodlarını və müəssisənin istehsal texnologiyasını;

  • Keyfiyyət sahəsində verilmiş xidməti tapşırıqlar, sərəncamlar və rəhbər göstərişlər üzrə fəaliyyət prinsiplərini;

  • İqtisadiyyat, əmək və istehsalatın təşkili üzrə baza biliklərini;

  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını.

🏭 İstehsalat və texnoloji proseslə bağlı biliklər:

  • Filiallarda buraxılan məhsulun texnoloji rejimini və tətbiq olunan proses ardıcıllığını;

  • Xam pambığın qəbulu və emalı ilə bağlı dövlət standartları və normativ sənədləri.

⚙️ Texniki və praktiki bacarıqlar:

  • İstifadə etdiyi cihaz və avadanlıqların texniki qulluğunu yerinə yetirmək bacarığı;

  • Cihaz və avadanlıqların montajı, yenidən qurulması və sazlanması üzrə praktik vərdişlər;

  • Ölçmə, sınaq və keyfiyyətə nəzarət proseslərində avadanlıqlardan düzgün istifadə etmək və nasazlıqları müəyyən edə bilmək bacarığı.

📌 Əlavə məlumat:

  • İş qrafiki: Altıgünlük;

  • Yaşayış yeri ilə təmin olunur.

Necə Müraciət Etmək Olar

Prime Cotton

Prime Cotton

Manufacturing

Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10958

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya