Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 30 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Laboratoriya və istixanada yetişdirilən bitkilərin keyfiyyət göstəricilərinə nəzarət etmək;

  • Bitkilərin inkişaf mərhələlərini izləmək və yaranan problemləri vaxtında aşkar etmək;

  • Steril iş qaydaları, sanitariya və gigiyena tələblərinə əməl olunmasına nəzarət etmək;

  • Kontaminasiya hallarını müəyyən etmək və qarşısının alınması üçün tədbirlər görmək;

  • Bitkilərin kök inkişafı, böyümə tempi və ümumi vəziyyətini qiymətləndirmək;

  • Standarta uyğun olmayan bitkilərin ayrılmasını təmin etmək;

  • Laboratoriyadan istixanaya köçürülən bitkilərin uyğunlaşma prosesinə nəzarət etmək;

  • İstixanada temperatur, rütubət və digər göstəriciləri izləmək;

  • Suvarma, gübrələmə və qulluq proseslərinin düzgün aparılmasına nəzarət etmək;

  • Gündəlik və aylıq hesabatlar hazırlamaq;

  • Keyfiyyətin artırılması və itkilərin azaldılması ilə bağlı təkliflər vermək.

Tələblər

  • Biologiya, aqronomiya, kənd təsərrüfatı və ya əlaqəli sahə üzrə təhsil;

  • Laboratoriya, istixana və ya bitki yetişdirilməsi sahəsində iş təcrübəsi üstünlükdür;

  • Keyfiyyətə nəzarət və laboratoriya gigiyenası prinsipləri üzrə biliklər;

  • Diqqətli, məsuliyyətli və intizamlı olmaq;

  • Komandada işləmək bacarığı;

  • Hesabat hazırlamaq və qeydiyyat aparmaq bacarığı.

Necə Müraciət Etmək Olar

“Grand-Agro İnvitro” MMC

“Grand-Agro İnvitro” MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16961

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə