Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Bakı
Tam Ştat
Orta Səviyyə
800 AZN-dən
Yerləşdirilib 30 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
Restoranlar şəbəkəsinə Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur.
Tələblər
Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi
Qida mühəndisliyi ixtisası üzrə Ali təhsil
HACCP sistemi üzrə biliklər və sertifikat
MS Office proqramları (Word, Excel) üzrə biliklər
Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq
Əsas vəzifələr:
İstehsalat sahəsinin qida təhlükəsizliyi və keyfiyyət standartlarına nəzarət etmək
Məhsul və ya xidmətlərin keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək
Xammal, yarımfabrikat və hazır məhsulun yoxlanılmasını həyata keçirmək
Məhsulların tələb olunan standartlara uyğun görünüşünü yoxlamaq
Bütün məhsulların eyni starndartda hazırlanmasının təmin olunmasını yoxlamaq
Məhsulun qəbulu, istehsal, qablaşdırma və daşınma proseslərində gigiyena qaydalarına riayət olunmasını yoxlamaq
Temperatur rejimlərinin (soyuducu, istisaxlanma, daşınma) gündəlik izlənilməsi
Uyğunsuzluqların aşkarlanaraq aradan qalırılması üçün müvafiq bölümlərə və əməkdaşlara məlumat verilməsi
Müvafiq hesabatların hazırlanılması və rəhbərliyə təqdim edilməsi
İstehsal prosesində keyfiyyətə nəzarət prosedurlarını tətbiq etmək
Müştəri şikayətlərini araşdırmaq və cavab tədbirləri hazırlamaq
İaşə bölmələrinin sanitar gigiyena qaydalarına uyğun təmizlənməsinə nəzarət etmək
Təyin olunan digər vəzifələri icra etmək
Şərtlər:
Əmək haqqı 800 manat, əmək haqqı artandır
6 günlük iş rejimi
Müraciət üçün CV və portfolionuzu (önəmli) qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Mado Azərbaycan
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12117
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə