Keyfiyyətə nəzarət üzrə mühəndis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 14 aprel 2026

Təsvir

  • Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu Baş Podratçının müvafiq əməkdaşından tələb etmək;

  • Tikinti sahələrində yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilini və həyata keçirilməsini Baş Podratçıdan tələb etmək;

  • İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək;

  • Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğuna nəzarət etmək;

  • İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq;

  • Açılmış uyğunsuzluq hesabatlarda düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək;

  • İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq

  • Düzəliş fəaliyyətlərinə nəzarət etmək;

  • Vaxtaşırı ərazidə istehsal prosesinə nəzarət etmək;

  • Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqinə nəzarət etmək;

  • Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi;

  • Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq.

Tələblər

  • Ali təhsil (müvafiq mühəndislik sahəsi üzrə);

  • Müvafiq sahə üzrə minimum 8 il iş təcrübəsi;

  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır;

  • Kompüter bilikləri: MS Office, Auto CAD

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13383

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Büdcə və Planlama üzrə Menecer (Tikinti)

Tam Ştat

1. Büdcələşmə, Xərc Nəzarəti və Maliyyə Monitorinqi Bütün layihələr üzrə layihə büdcələrinin, pul axını proqnozlarının, Xərc Bölünmə Strukturlarının (CBS) və resurs histogramlarının hazırlanması və idarə olunması. Baza (baseline) büdcələrin formalaşdırılması, qorunması və layihə həcmi, satınalma strategiyası və icra planları ilə uyğunluğunun təmin edilməsi. Büdcə müqayisə cədvəllərinin hazırlanması, kənarlaşmaların təhlili və təsdiqlənmiş büdcələrlə müqayisəli hesabatların təqdim edilməsi. Öhdəliklərin, faktiki xərclərin və proqnozların monitorinqi, risklərin və mümkün artımların erkən mərhələdə müəyyən edilməsi. EAC (Estimate at Completion) və FAC (Forecast at Completion) hesabatlarının hazırlanması və idarə olunması. 2. Planlama, Qrafikləşdirmə və Zaman–Xərc İnteqrasiyası Baş layihə qrafiklərinin və detallı tikinti proqramlarının hazırlanması, nəzarəti və yenilənməsi. Zaman, xərc, irəliləyiş və pul axını məlumatları arasında tam inteqrasiyanın təmin edilməsi. Faktiki icranın baza qrafik və büdcələrlə müqayisəli təhlili. Gecikmələrin, sürətləndirmə (acceleration) və bərpa (recovery) ssenarilərinin xərcə təsirinin təhlili. Zəruri hallarda vaxt uzadılması (EOT), gecikmə təhlili və iddialarla bağlı planlama işlərinə dəstək. 3. Texniki Ofisin İdarə Edilməsi Texniki ofisin bütün funksiyalarına rəhbərlik: İrəliləyişin ölçülməsi metodologiyaları. Həcm və miqdarların izlənməsi, Earned Value Analysis. Metod bəyanatları və tikinti ardıcıllığının təhlili. Shop drawing, metod statement və texniki təqdimatların layihə qrafikinə uyğun koordinasiyası. Sahədə fiziki irəliləyişin monitorinqi və onun büdcə və qrafiklə əlaqələndirilməsi. Sahə komandaları ilə rəhbərlik arasında əsas texniki əlaqələndirici şəxs kimi çıxış etmək. 4. Daxili Planlama, Büdcə və İdarəetmə Nəzarəti Daxili layihə planlarının, qrafiklərin, büdcələrin və pul axını proqnozlarının təsdiqlənmiş bazalara uyğunluğunun yoxlanılması və təsdiqi. Tender strategiyaları ilə icra planları arasında ardıcıllığın təmin edilməsi. 5. Tender və Satınalma İdarəetməsi Layihələr üzrə tender və satınalma proseslərinin planlaşdırılması və koordinasiyası. Tender komitələrində aktiv iştirak və kommersiya, planlama və büdcə baxımından rəyin verilməsi. Tender paketlərinin, satınalma qrafiklərinin və təklif qiymətləndirmələrinin təsdiqlənmiş büdcə və risk strategiyalarına uyğunluğunun təmin edilməsi. 6. Müqavilə və Kommersiya Nəzarəti Podratçı və təchizatçı müqavilələri üzrə aşağıdakı proseslərə nəzarət: Aralıq və yekun ödəniş sertifikatları Yekun hesablaşmalar Variasiyalar, iddialar və əks-iddialar Müqavilələrin kommersiya və risk baxımından təhlili və uyğunlaşdırılması. Maliyyə və müqavilə komandaları ilə koordinasiyalı şəkildə ödənişlərin izlənməsi. Zərurət olduqda müştəri, podratçı, təchizatçı və məsləhətçilərlə danışıqlarda iştirak. 7. Podratçı və Təchizatçı Müqavilələrinin Hazırlanması Müqavilələrin hazırlanmasına rəhbərlik və ya dəstək. Müqavilələrin aşağıdakılara uyğunluğunun təmin edilməsi: Təsdiqlənmiş büdcə və satınalma strategiyası Layihə qrafiki və texniki tələblər Şirkətin risk və müqavilə standartları İmzalanmadan öncə yekun texniki və kommersiya təsdiqi. 8. Dəyər Mühəndisliyi və Optimallaşdırma Development, Dizayn, Tikinti, Satınalma və Maliyyə ilə birlikdə Value Engineering (VE) proseslərinə rəhbərlik. Alternativ dizayn, material, metod və ardıcıllıq variantlarının qiymətləndirilməsi. VE təkliflərinin xərc, zaman və risk təsirinin analiz edilməsi və rəhbərliyə təqdimatı. 9. Hesabatlıq, Risklər və Rəhbərliyə Dəstək Həftəlik, aylıq və icraçı səviyyəli hesabatların hazırlanması: Büdcə və xərc performansı Pul axını və proqnozlar Qrafik və irəliləyiş vəziyyəti Risklər və mitigasiya tədbirləri Yüksək riskli sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin təklifi. Tikinti üzrə Rəhbər üçün strateji məsləhətçi rolunun icrası. 10. Sistemlər, Alətlər və Proseslərin İnkişafı Primavera P6, MS Project, Procore, Oracle Aconex və oxşar sistemlərin effektiv istifadəsinə rəhbərlik. Standart şablon və prosedurların tətbiqinin təmin edilməsi. Büdcə, planlama və hesabat proseslərinin beynəlxalq təcrübəyə uyğun davamlı təkmilləşdirilməsi.