Keyfiyyətə nəzarət üzrə İnspektor
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 11 yanvar 2026
Son Tarix: 7 fevral 2026
Təsvir
Müəssisə: Bak****ı Qida və Yağ Fabriki MMC
Tələblər
Ali təhsil: (Sənaye mühəndisliyi, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Maşınqayırma mühəndisliyi üzrə)
Keyfiyyətə nəzarət, proses nəzarəti və istehsalat sahəsində minimum 1-2 il iş təcrübəsi (arzuolunandır)
ISO 9001 və digər müvafiq standartlar üzrə biliklər
MS Office proqramlarında işləmək bacarığı
Diqqətli, məsuliyyətli və analitik düşünmə bacarığı
Komandada işləmək və texniki sənədlərlə işləmək qabiliyyəti
Laboratoriya cihazları və analiz üsullarını yaxşı bilmək.
Nümunə götürmə metodları və analiz sıxlıqları barədə məlumatlı olmaq.
Reaktiv maddələr və laboratoriya analizləri barədə biliklərə malik olmaq.
Ring testlərinin aparılması və nəticələrinin qiymətləndirilməsi bacarığı.
Məhsulların qablaşdırılması və markalanması barədə məlumatlı olmaq.
Degustasiya və sensor analizlərdə təcrübə.
Əsas vəzifə öhdəlikləri:
Prosesin keyfiyyət göstəricilərinə əsaslanaraq istehsal prosesini idarə etmək, uyğun olmayan məhsulların və proseslərin dayandırılmasına qərar vermək.
Uyğunsuz məhsulların, yarımfabrikatların və qatqı maddələrinin bloklanması, geri qaytarılması və istehsaldan kənarlaşdırılmasına nəzarət etmək.
Növbə rəisləri və operatorlara keyfiyyətlə bağlı təlimatlar vermək, onların işini yönləndirmək.
İşçi sağlamlığı, iş təhlükəsizliyi, sanitariya və ekologiya qaydalarına riayət olunmasını təmin etmək.
Laboratoriya analizlərinin düzgün aparılmasını, analiz nəticələrinin vaxtında və dəqiq qeyd edilməsini təmin etmək.
Nümunə götürülməsi, analiz proseslərinin və laboratoriya avadanlıqlarının düzgün işlədilməsini nəzarətdə saxlamaq.
Dad və qoxu testləri aparmaq, nəticələri sənədləşdirmək və məhsulun keyfiyyətinə nəzarət etmək.
Proses zamanı yarana biləcək keyfiyyət pozuntularını aşkar edib, səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üçün tədbirlər görmək.
Kritik nəzarət nöqtələrinin (KKN) və anbar şəraitinin temperatur, nəm kimi parametrlərinin uyğunluğunu yoxlamaq, uyğunsuzluq hallarında dərhal tədbir görmək.
Məhsulun izlənəbilirliyini təmin etmək üçün zəruri məlumatların mövcudluğunu nəzarətdə saxlamaq.
Keyfiyyət planına əsasən müxtəlif laboratoriya və mikrobioloji analizlərin aparılması üçün nümunələrin götürülməsi, saxlanması və hesabatların hazırlanmasını təmin etmək.
İstehsal avadanlıqlarının təmizliyinə, ölçü alətlərinin düzgün işləməsinə nəzarət etmək.
Qablaşdırma, qatqı maddələri və digər proses materiallarının keyfiyyətinə nəzarət etmək, uyğunsuzluq aşkarlandıqda istehsalın dayandırılması barədə qərar vermək.
Düzəldici və önləyici fəaliyyət formalarının hazırlanmasını təşviq etmək və icrasını izləmək.
Laboratoriya sahəsi rəhbərliyinin verdiyi tapşırıqları icra etmək və nəticələr barədə yazılı məlumat vermək.
İş prosesində sanitar-gigiyena qaydalarına və şəxsi qoruyucu vasitələrdən istifadə qaydalarına riayət olunmasına nəzarət etmək.
İş Qrafiki: Növbəli iş qrafiki
İş Yeri: Sumqayıt
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində **“Keyfiyyətə nəzarət üzrə İnspektor (Sumqayıt) - 28886”**qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Veb Səhifəyə KeçAzersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4529
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+