Keyfiyyətə nəzarət üzrə əməkdaş

Tam Ştat

Orta Səviyyə

600 AZN-dən

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 7 may 2026

Təsvir

Sahə: Ayaqqabı sexi, istehsalı

Vəzifə öhdəlikləri:

  • Hazır ayaqqabıların keyfiyyətini yoxlamaq (üst və alt hissənin düzgün birləşməsi, yapışqan izləri, formanın düzgünlüyü və s.)

  • Qüsurlu məhsulları aşkar edib geri qaytarmaq

  • Sadə qaydalar əsasında keyfiyyətə nəzarəti təmin etmək

  • Günlük yoxlama nəticələrini qeyd etmək (sadə hesabat)

Tələblər

  • Diqqətli və məsuliyyətli olmaq

  • Xırda detalları görə bilmək (çox vacibdir)

  • Qəti qərar vermə bacarığı (şübhəli məhsulu qəbul etməmək)

  • Komanda ilə işləmə bacarığı

  • İşdə davamiyyət (çox vacibdir)

  • Təcrübə üstünlükdür (yerində öyrədiləcək)

Üstünlük sayılır:

  • Ayaqqabı və ya istehsalat sahəsində təcrübə

  • Keyfiyyətə nəzarət və ya yoxlama işlərində işləyənlər

Biz nə təklif edirik:

  • Uzunmüddətli əməkdaşlıq imkanı

  • Stabil 600 AZN NET maaş + bonus sistemi

  • Rahat iş mühiti və aydın qaydalar

  • Yerində təlim veriləcək (iş öyrədilir)

  • Rəsmi əmək müqaviləsi ilə işə qəbul

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Bakıxanov qəsəbəsi

  • İş rejimi: 6 günlük iş həftəsi, 09:00-18:00

  • Sahə: Ayaqqabı sexi, istehsal

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: +994 50 560 25 52

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12784

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya