Keyfiyyətə nəzarət üzrə aparıcı mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 15 fevral 2026
Təsvir
Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək və bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu təmin etmək;
Tikinti sahələrində yerinə yetirilən işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək;
İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək;
Sahədə istifadə olunan materialların giriş nəzarətini həyata keçirmək;
Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğunu təsdiq etmək;
İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq;
Tikinti sahələrində işlərin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək;
Açılmış uyğunsuzluq hesabatlarında düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək;
İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq və uyğunsuzluq hesabatları açmaq;
3-cü tərəfin apardığı yoxlama və sınaqlarda iştirak etmək;
Düzəliş fəaliyyətlərinə nəzarət etmək;
İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi;
Vaxtaşırı ərazidə istehsalat prosesinə nəzarət etmək;
Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək;
Uyğunsuzluq hesabatlarının statusu haqqında məsul şəxsi məlumatlandırmaq;
Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi;
Gələn yoxlama bildirişləri üzrə yoxlama fəaliyyətini həyata keçirmək;
Sahəyə daxil olan materialın təsdiqlənmiş material ilə eyniliyini izləmək;
Keyfiyyətlə bağlı iclasların təşkil edilməsi və aparılması;
Yoxlama vərəqləri və KN üzrə zəruri sənədlərin hazırlanmasında və tərtibatında iştirak etmək;
Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
Ali təhsil: Müvafiq mühəndislik sahəsi üzrə və ya 3 ildən çox təcrübə olduğu zaman ixtisas fərq etmir;
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzu olunandır;
Kompüter bilikləri: MS Office, AutoCad.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
PMD Projects MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4313
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə