Keyfiyyət idarəetmə mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
Keyfiyyət sistem sənədlərini tərtib etmək, istifadəçilərə təqdimatını keçirmək;
Daxili keyfiyyət auditlərini keçirmək;
Uyğunsuzluqların qeydiyyatını aparmaq;
Düzəldici və önləyici fəaliyyətlərin icrasını təqib etmək;
Proseslərin əsas performans göstəricilərinin (ƏPG) müəyyən olunmasını koordinasiya etmək;
Keyfiyyət idarəetmə ilə bağlı məlumat bazalarını yeniləmək;
Keyfiyyət idarəetmə ilə bağlı digər tapşırıqları tələblərə uyğun icra etmək,
Tələblər
Ali təhsil (Magistr arzuolunandır);
Keyfiyyət sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);
Sertifikatlar: ISO 9001, ISO 14001, ISO 45001;
MS Office, Outlook, MS Visio, Süni İntellekt üzrə sərbəst işləmə bacarığına malik olmalı;
Ölkədaxili ezamiyyət imkanları.
Şəxsi keyfiyyətlər:
Problem həll etmə qabiliyyəti;
Çeviklik, uyğunlaşma;
Ünsiyyət yaratmaq bacarığı;
İşə planlı yanaşma;
Nəticəyə fokuslanma;
Məlumat alma bacarığı, tələbkarlıq.
İş şəraiti:
5 günlük
İstirahət şənbə və bazar günü
Ünvan: Xətai 34 (Luxen Plaza)
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
Şəhərin mərkəzində ofis
Bonus sistemi
Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
Dinamik və gənc komanda ilə iş imkanı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11330
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000