Katibə-referent

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 2 may 2026

Təsvir

  • ali təhsil

  • 1 il katibə-referent sahəsində iş təcrübəsi

  • xanım namizəd, yaş həddi  25 - 30

  • xoş xarici görünüş

  • Azərbaycan dilində səlis danışmalı

  • ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli

  • ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)

  • işgüzar münasibət etikasını bilməli

  • işində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı

  • təşkilatçılıq bacarığı

  • sənədləşmə işinin aparılması bacarığı

Vəzifə öhdəlikləri:

  • daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;

  • telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;

  • rəhbərliyin qonaqlarını qarşılayır;

  • rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir;

  • daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;

  • baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;

  • kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;

  • rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;

  • qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;

  • rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir;

  • rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir

  • rəhbərin ayrı-ayrı xidməti tapşırıqlarını icra edir.

Namizədlərdən şəkil əlavə olunmuş tərcümeyi halını qeyd olunan elektron poçt ünvanına göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Katibə-referent) göstərməyini xahiş edirik.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12667

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya