Şirkətlərə Qayıt
Nurgun Holding

Nurgun Holding

7

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

7 iş elanı

Nurgun Holding

Çilingər köməkçisi

Nurgun Holding

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Görüləcək və ya xidməti yoxlama zamanı aşkar olunan işlər barədə Baş usta, Servis Məsləhətçisinə və ya Supervayzerə məlumat vermək; Xidmət və təmir işlərini təyinatına uyğun diqqət və dəqiqliklə yüksək keyfiyyətlə yerinə yetirməli , görülmüş işlərin keyfiyyətinin yoxlanılması üzrə Baş Ustaya təhvil vermək; Ehtiyat hissəsini tələb etməzdən əvvəl bütün lazımi informasiyaları toplamaq (Marka, model, ili, iş kartının nömrəsi və s.); Lazımi alətlər barədə məlumat verməli və alətləri yaxşı vəziyyətdə saxlamaq; Problemlərin həlli yollarını, baş vermə şəraitini və vaxtını, təkrarlanma hallarını aydınlaşdırmaq üçün diaqnostik proseduralardan istifadə etmək. Namizədlərə tələblər: Yaş: 18-30; Texniki təhsil/Peşə məktəbi; Çilingər sahəsində ən azı 6 ay iş təcrübəsi; Fəal, məsuliyyətli və işə planlı yanaşma bacarığı. Digər məlumatlar: iş saatları: 09:00-dan 18:00-dək; 6 günlük iş qrafiki; Əmək haqqi 500-600 azn Uyğun namizədlər işə qəbul üçün şəkilli CV-ni qeyd olunan elektron poçt ünvanına mövzü yerinə “Çilingər köməkçisi (avtomobil üzrə)” yazıb göndərə bilərlər. Qeyd: Çilingər köməkçisi kimi təcrübəsi olmayan amma Peşə təhsili olan namizədlərə üstünlük veriləcəkdir.

Nurgun Holding

Katibə-referent

Nurgun Holding

Tam Ştat
Orta Səviyyə

ali təhsil 1 il katibə-referent sahəsində iş təcrübəsi xanım namizəd, yaş həddi  25 - 30 xoş xarici görünüş Azərbaycan dilində səlis danışmalı ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks) işgüzar münasibət etikasını bilməli işində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı təşkilatçılıq bacarığı sənədləşmə işinin aparılması bacarığı Vəzifə öhdəlikləri: daxil və xaric olan sənədlərin qeydiyyatını aparır; telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir; rəhbərliyin qonaqlarını qarşılayır; rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir; daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır; baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir; kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir; rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır; qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir; rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir; rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir rəhbərin ayrı-ayrı xidməti tapşırıqlarını icra edir. Namizədlərdən şəkil əlavə olunmuş tərcümeyi halını qeyd olunan elektron poçt ünvanına göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Katibə-referent) göstərməyini xahiş edirik.