Ana Səhifə
Vakansiyalar

Kassa bölməsinin kiçik eksperti

Kassa bölməsinin kiçik eksperti

Bakı,, Nəsimi, rayonu,, A., Məhərrəmov, küçəsi, 3005-ci, məhəllə,, 26B

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 31 may 2026

Təsvir

Vəzifə funksiyaları

  • Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, çek kitabçalarının, yol çeklərinin habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatları həyata keçirir;

  • Müştəri Xidmətləri Departamentinə/Filiala bağlı bankomatların və ödəniş aparatlarının inkassasiyasını həyata keçirilir;

  • Mübadilə məntəqəsi üzrə xarici valyutanın alqı-satqısını qaydalara uyğun şəkildə həyata keçirir;

  • Mədaxil və məxaric sənədlərinin, yol çeklərinin, plastik kartların digər qiymətlilərin təhvil-təslimi ilə bağlı aktların, həmçinin pul çeklərinin yoxlanılmasını həyata keçirir.

  • Kassa kitabının, xarici valyutanın alqı-satqısına dair reyestr kitabının, mədaxil və məxaric üzrə kassa jurnalının lazımi məlumatların oxunaqlı formada qeyd edilməklə aparılmasını həyata keçirir. Əməliyyatları Bankın əməliyyat proqramında əks etdirir.

  • İş gününün sonunda əməliyyat günü ərzində qəbul edilmiş pul vəsaitlərini kassanın rəhbərinə təhvil verir.

  • Kassa bölməsinin fəaliyyətində mövcud olan nöqsanların aradan qaldırılması variantlarını birbaşa rəhbərin nəzərinə çatdırır.

  • Bütün növ plastik kartların saxlanması, kassaya mədaxil olan, kassadan məxaric olan və saxlanılan kartların uçotunu aparır.

  • Mədaxil və Məxaric sənədlərinin, kassa hesabatları sənədlərinin, təhvil-təslim aktlarının və digər sənədlərin arxivləşdirilməsini təmin edir;

  • Tərəfindən aparılan əməliyyatlar üzrə bank və komersiyya sirləri təşkil edən məlumatların qorunmasını təmin edir;

  • Bankın digər bölmələri ilə qarşılıqlı əlaqələr yaradır;

  • Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.

  • Bilavasitə rəhbəri, Filial şəbəkəsinin idarə edilməsi departamenti, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Yumşaq bacarıqlar

  • Məsuliyyət

  • Nizam intizam

  • Etik davranış

Digər şərtlər

 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
 Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.

Necə Müraciət Etmək Olar

Bank of Baku

Bank of Baku

Finance

Bank of Baku Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və fərdi, eləcə də korporativ müştərilər üçün geniş maliyyə xidmətləri təqdim edir. Bank kreditlər, depozit məhsulları, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bankçılıq həlləri ilə müştərilərinin maliyyə ehtiyaclarını qarşılamağa yönəlib. Bank of Baku ölkə üzrə filial və xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Bank fəaliyyətində müştəri məmnuniyyəti, innovasiya və operativ xidmət prinsiplərini əsas tutur. “BOB Mobile” kimi rəqəmsal bankçılıq həlləri vasitəsilə istifadəçilərə onlayn əməliyyatlar, ödənişlər və hesab idarəetməsi imkanları təqdim olunur. Bank of Baku həmçinin müasir texnologiyaların tətbiqi və sahibkarlığın dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycanın bank sektorunda mövqeyini gücləndirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16781

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Ümumi audit şöbəsinin aparıcı auditoru

Tam Ştat

Vəzifə funksiyaları -Audit planına uyğun audit yoxlamalarının aparılması; -Proses və təşkilati strukturlar üzrə idarəetmə, risklərin idarə olunması və daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi; -Tənzimləyici tələblərə və qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğun təhlili və qiymətləndirilməsi; -Beynəlxalq daxili audit standartlarına uyğun audit tapşırıqlarının icrası və/və ya koordinasiyası; -Daxili qaydalar, prosedurlar və qanunvericiliyə uyğunluğun yoxlanılması; -Audit prosesinin gedişi barədə rəhbərlik və maraqlı tərəflərlə davamlı kommunikasiya; -Aşkarlanmış əhəmiyyətli nəzarət zəiflikləri barədə dərhal rəhbərliyə məlumat verilməsi; -Müsahibələrin və yekun müzakirələrin təşkili; -Audit hesabatlarının hazırlanması; -Audit sənədlərinin metodologiyaya uyğun şəkildə hazırlanması. Yumşaq bacarıqlar Məsuliyyət Nizam intizam Nəticəyə yönümlülük Texniki səriştəliklər Beynəlxalq peşəkar sertifikatların (CIA, ACCA, CFE və s.) mövcudluğu və ya həmin proqramlarda iştirak üstünlükdür; Risk əsaslı audit yanaşmasının tətbiqi Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi Audit testlərinin hazırlanması və icrası; Maliyyə hesabatlarının və əməliyyat məlumatlarının təhlili; Digər şərtlər -Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil Dil biliyi Azərbaycan - Mükəmməl Rus - Orta İngilis - Orta Kompüter biliyi MS Office - Yüksək SQL və BI alətləri üzrə baza biliklər (üstünlükdür); - Orta

Bakı,, Atatürk, pr., 50A