Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Audit

Ümumi audit şöbəsinin aparıcı auditoru

Ümumi audit şöbəsinin aparıcı auditoru

Bakı,, Atatürk, pr., 50A

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 31 may 2026

Təsvir

Vəzifə funksiyaları

-Audit planına uyğun audit yoxlamalarının aparılması;
-Proses və təşkilati strukturlar üzrə idarəetmə, risklərin idarə olunması və daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi;
-Tənzimləyici tələblərə və qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğun təhlili və qiymətləndirilməsi;
-Beynəlxalq daxili audit standartlarına uyğun audit tapşırıqlarının icrası və/və ya koordinasiyası;
-Daxili qaydalar, prosedurlar və qanunvericiliyə uyğunluğun yoxlanılması;
-Audit prosesinin gedişi barədə rəhbərlik və maraqlı tərəflərlə davamlı kommunikasiya;
-Aşkarlanmış əhəmiyyətli nəzarət zəiflikləri barədə dərhal rəhbərliyə məlumat verilməsi;
-Müsahibələrin və yekun müzakirələrin təşkili;
-Audit hesabatlarının hazırlanması;
-Audit sənədlərinin metodologiyaya uyğun şəkildə hazırlanması.

Yumşaq bacarıqlar

  • Məsuliyyət

  • Nizam intizam

  • Nəticəyə yönümlülük

Texniki səriştəliklər

  • Beynəlxalq peşəkar sertifikatların (CIA, ACCA, CFE və s.) mövcudluğu və ya həmin proqramlarda iştirak üstünlükdür;

  • Risk əsaslı audit yanaşmasının tətbiqi

  • Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi

  • Audit testlərinin hazırlanması və icrası;

  • Maliyyə hesabatlarının və əməliyyat məlumatlarının təhlili;

Digər şərtlər

-Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil

Dil biliyi

  • Azərbaycan - Mükəmməl

  • Rus - Orta

  • İngilis - Orta

Kompüter biliyi

  • MS Office - Yüksək

  • SQL və BI alətləri üzrə baza biliklər (üstünlükdür); - Orta

Necə Müraciət Etmək Olar

Bank of Baku

Bank of Baku

Finance

Bank of Baku Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və fərdi, eləcə də korporativ müştərilər üçün geniş maliyyə xidmətləri təqdim edir. Bank kreditlər, depozit məhsulları, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bankçılıq həlləri ilə müştərilərinin maliyyə ehtiyaclarını qarşılamağa yönəlib. Bank of Baku ölkə üzrə filial və xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Bank fəaliyyətində müştəri məmnuniyyəti, innovasiya və operativ xidmət prinsiplərini əsas tutur. “BOB Mobile” kimi rəqəmsal bankçılıq həlləri vasitəsilə istifadəçilərə onlayn əməliyyatlar, ödənişlər və hesab idarəetməsi imkanları təqdim olunur. Bank of Baku həmçinin müasir texnologiyaların tətbiqi və sahibkarlığın dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycanın bank sektorunda mövqeyini gücləndirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16785

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya