Kadr və inzibati işlər üzrə mütəxəssis (Kadr / SƏTƏM / Ofis İnzibatçılığı)
Tam Ştat
Başlanğıc Səviyyə
800 AZN-dən
Yerləşdirilib 18 fevral 2026
Son Tarix: 17 mart 2026
Təsvir
Sumqayıt İstixana kompleksi. Kadr uçotu, SƏTƏM sənədləşməsi və ofis inzibatçısı funksiyalarını cəmləşdirən pozisiyaya namizəd tələb olunur.
Vakansiya haqqında:
İş yeri: Abşeron rayonu, Pirəkəşkül kəndi, İstixana kompleksi
İş rejimi : Həftədə 6 gün
Əmək haqqı başlangıc : 800 azn
Vəzifə öhdəlikləri:
Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq kadr kargüzarlığının təmin edilməsi;
Gündəlik davamiyyət cədvəllərinə nəzarət edilməsi;
İş vaxtının uçotu cədvəlinin hazırlanması;
İşçi ehtiyacının müəyyən edilməsini təmin edir;
Yeni əməkdaşların işə adaptasiya dövründə düzgün istiqamətləndirilməsini, İnsan Resursları ilə koordinasiyası və yaranan problemlərin həll edilməsi;
Əməyin mühafizəsi qaydalarına nəzarət;
Təhlükəsizlik təlimatlarının hazırlanması və tətbiqi;
SƏTƏM sənədlərinin hazırlanması və uçotu;
Ofisdə gündəlik inzibati işlərin idarə edilməsi;
Rəhbərliyin tapşırıqlarının icrası;
Təhsil və iş təcrübəsi:
Ali təhsil
Sahə üzrə minimum 1 il təcrübə.
Bilik və səriştələr:
Azərbaycan Respublikası-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
SƏTƏM üzrə bilik və ya sertifikat üstünlükdür
MS Office proqramlarında sərbəst işləmək
Sənədlərlə işləmə və təşkilatçılıq bacarığı
Məsuliyyətli, sistemli və çoxşaxəli işi idarə edə bilən
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi göstərilən e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Kadr və inzibati işlər üzrə mütəxəssis (Sumqayıt)” qeyd etməyi unutmayın.
Necə Müraciət Etmək Olar
Buta Agro
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9046
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Başlanğıc Səviyyə