Junior ERP Consultant (Microsoft Dynamics 365 – Supply Chain & Finance)
Tam Ştat
Başlanğıc Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 11 mart 2026
Təsvir
İş şəraiti:
İş yeri: Bakı
İş qrafiki: Tam ştat / Uzunmüddətli inkişaf proqramı
İş formatı: Ofis
ERP Consultant rolu haqqında:
Junior ERP Consultant rolu Microsoft Dynamics 365 Supply Chain Management və Finance modulları üzrə şirkət layihələrində iştirak edərək biznes proseslərinin analizi, funksional həllərin tətbiqi, sənədləşdirilməsi və dəstək fəaliyyətləri vasitəsilə funksional konsultant kimi inkişaf etməyi hədəfləyir. Bu vakansiya uzunmüddətli karyera inkişafı üçün nəzərdə tutulub.
Vacib qeyd: Bu vəzifənin ilk 12–24 ayı intensiv öyrənmə, metodologiya, sənədləşmə və analitik tapşırıqlar mərhələsidir.
Vəzifə öhdəlikləri:
Digər funksional və texniki konsultantlarla əməkdaşlıq edərək layihələrin vaxtında və keyfiyyətli icrasına dəstək olmaq
Müştəri sorğularının/insidentlərinin araşdırılması və həllində iştirak etmək, xidmət keyfiyyətinin artırılmasına töhfə vermək
Biznes proseslərinin öyrənilməsi, tələblərin toplanması və sistemdə tətbiqinə dəstək
Layihə sənədlərinin hazırlanması və yenilənməsi (təlim materialları, iş təlimatları, proses təsvirləri və s.)
Mövcud proseslərin optimizasiyası və D365-də yeni funksiyaların tətbiqi ilə bağlı tövsiyələrin hazırlanmasında iştirak etmək
Tələblər
Minimum 1 il təcrübə (aşağıdakı istiqamətlərdən ən az birində):
Ali təhsil: Maliyyə, Mühasibatlıq, Biznesin idarə edilməsi, Biznes proseslərinin avtomatlaşdırılması, Riyaziyyat və ya oxşar ixtisaslardan məzunlar
Analitik düşüncə, problem həll etmə bacarığı, öyrənməyə yüksək motivasiya
Təzyiq və stres altında işləmək bacarığı
Komandada işləmək, müxtəlif mühitlərdə effektiv ünsiyyət
Rus və ya İngilis dili biliyi (şifahi və yazılı) – mütləqdir
Minimum 1 il təcrübə (aşağıdakı istiqamətlərdən ən az birində):
Data analitika / Hesabatlıq
Maliyyə / Mühasibatlıq
Supply Chain / Logistika / Satınalma / Anbar
İstənilən mühasibat və ya ERP sistemləri ilə iş (məs. 1C, Logo və s.)
Üstünlük sayılan bilik və bacarıqlar:
Excel – yaxşı səviyyə (hesabatlar, funksiyalar, pivot və s.)
Power BI ilə işləmə təcrübəsi
Supply Chain / Inventory / Warehouse / Sales / Procurement proseslərinə ilkin anlayış
SAP, Oracle, 1C, Microsoft Dynamics 365 (SCM/F&O) ilə tanışlıq və ya kurs/sertifikatlar
Əlavə üstünlüklər və faydalar:
Şirkətin yerli və beynəlxalq layihələrində iştirak imkanı və təcrübəli mütəxəssislər tərəfindən mentor dəstəyi
ERP funksional konsultantlığı üzrə planlı və sistemli peşəkar inkişaf mühiti
Uzunmüddətli əməkdaşlıq və karyera yüksəlişi üçün real perspektiv
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Respect Solutions
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8436
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Başlanğıc Səviyyə