İxrac üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 15 fevral 2026
Təsvir
Şirkət məhsullarının xarici bazarlara çıxarılması prosesində icraçı rolunda iştirak;
Mövcud və potensial xarici müştərilərlə yazışmaların və ilkin danışıqların aparılması;
Retail şəbəkələri üçün təkliflərin, qiymət cədvəllərinin və müqavilə layihələrinin hazırlanmasında iştirak;
Bazarlar üzrə məlumatların toplanması, sadə analizlər və hesabatların hazırlanması;
Logistika, sənədləşmə və ixrac proseslərinin daxili və xarici tərəfdaşlarla koordinasiyası;
İxrac proseslərində gündəlik əməliyyatların vaxtında və düzgün icrasına nəzarət.
Tələblər
Minimum 1–2 il ixrac və ya beynəlxalq satış sahəsində iş təcrübəsi;
Xarici bazarlara məhsul çıxarılması proseslərində praktiki iştirak (sənədləşmə, yazışmalar, koordinasiya);
Retail şəbəkələri və ya xarici müştərilərlə əməliyyat səviyyəsində ünsiyyət təcrübəsi;
İxrac prosedurları, gömrük sənədləri və logistika prosesləri haqqında baza biliklər;
İngilis dili və Rus dili (işgüzar yazışma və danışıq səviyyəsində), digər dillər üstünlükdür;
Yüksək ünsiyyət bacarığı, məsuliyyətlilik və nəticəyə fokuslanma;
Analitik düşüncə, detallara diqqət və komanda ilə işləmə bacarığı.
İş şərtləri:
5 günlük iş qrafiki
* Qidalanma şirkət tərəfindən qarşılanır
* Zərurət olduqda şimal regionda yerləşən layihələrə və xaricə ezamiyyət
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
AMOGROUP
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4141
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə