İT şöbəsinin rəhbəri (IT Manager)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 25 may 2026
Təsvir
İri istehsalat şirkətinə aşağıdakı tələblərə cavab verən İT şöbəsinə rəhbər axtarılır.
Əsas vəzifələr:
Şirkətin bütün İT əməliyyatlarına nəzarət;
İT tələblərinin və ehtiyaclarının təhlili və müəyyənləşdirilməsi;
Korporativ strategiyalara uyğun İT həllərinin və siyasətlərinin hazırlanması və həyata keçirilməsi;
İT layihələrinin təşkili və koordinasiyası;
İT büdcəsi üçün təklif və əsaslandırmaların hazırlanması;
Texniki tapşırıqların və digər zəruri sənədlərin hazırlanması;
Satınalma proseslərində iştirak — yalnız şirkət qaydalarına uyğun şəkildə, sənədləşmə və texniki əsaslandırma səviyyəsində.
Tələblər
Ali təhsil (İnformatika, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və s.);
İT sahəsində ən azı 10 il, o cümlədən rəhbər mövqedə 5 il iş təcrübəsi;
Komanda idarəetməsi sahəsində praktiki bacarıqlar (helpdesk, sistem inzibatçıları, şəbəkə və təhlükəsizlik üzrə mütəxəssislər);
İT və informasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatlara sahib olanlara üstünlük verilir (məs., ITIL, ISO 27001, PMP və s.);
Təşkilatçılıq bacarığı, məsuliyyət, təşəbbüskarlıq və inkişaf yönümlü yanaşma;
Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri.
Şərtlər:
Əmək haqqı: Bilik və təcrübəyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
İş yeri: Bakı, tam ştat.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək haqqı;
korporativ nömrə ilə təmin olunur
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14903
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer