IT Helpdesk

Tam Ştat

Orta Səviyyə

800 AZN-dən

Yerləşdirilib 4 fevral 2026

Son Tarix: 18 mart 2026

Təsvir

AQA Şirkətlər Qrupu "IT Helpdesk" vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Windows sistemlərinin quraşdırılması, sazlanması və yaranan nasazlıqları aradan qaldırılması;

  • İstifadəçilərindən və müştərilərdən gələn sorğuların icra olunması;

  • E-poçtun quraşdırılması və konfiqurasiyası;

  • Kompüter və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazlara texniki qulluq edilməsi, problemlərin aşkara çıxarılaraq həll olunması;

  • Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • İT sahəsində minimum 3 il iş təcrübəsi (Helpdesk / Support);

  • Windows 10/11, MS Office məhsulları üzrə yaxşı biliklər;

  • İstifadəçi kompüterləri, printerlər, skanerlər və digər periferik qurğuların sazlanması;

  • Şəbəkə əsasları (LAN, WAN, TCP/IP, DHCP, DNS) üzrə anlayış;

  • Active Directory üzrə: istifadəçi açılması / silinməsi / parol reseti;

  • İT problemlərinin yerində və uzaqdan (remote) həlli;

  • Antivirus və təhlükəsizlik əsasları haqqında bilik;

  • Texniki problemləri analiz edib operativ həll etmə bacarığı;

  • Komandada işləmək və istifadəçilərlə düzgün ünsiyyət bacarığı.

Necə Müraciət Etmək Olar

AQA Şirkətlər Qrupu

AQA Şirkətlər Qrupu

Other

AGA Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli holdinqdir və 20 ildən artıq təcrübəyə malikdir. Şirkət daşınmaz əmlak, maliyyə, texnologiya, otelçilik və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir və müştərilərə yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyi əsas məqsəd olaraq müəyyən etmişdir. Qrup peşəkar yanaşma və innovativ həllərlə müxtəlif sektorlarda öz mövqeyini gücləndirir. AGA Group Azərbaycanda plaza və biznes mərkəzləri layihələrinin inkişafında, maliyyə xidmətlərinin göstərilməsində, eləcə də aqrar sahədə innovativ layihələrin həyata keçirilməsində fəaldır. Şirkət yüzlərlə yerli və beynəlxalq müştəriyə xidmət göstərərək çoxşaxəli biznes strukturu ilə uzunmüddətli inkişaf strategiyasını davam etdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7196

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı

Tam Ştat

AQA Şirkətlər Qrupu "İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı" vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərində nasazlıqların aşkar edilməsi və düzgün diaqnostikanın aparılması; Kondisionerləşmə layihələrini oxuma və tətbiq etmə bacarığı; Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərinə dövri texniki xidmətin göstərilməsi; Daxili və xarici blokların montaj və demontaj işlərinin icrası; Kondisioner sistemlərinə qaz vurulması, qaz sızmalarının aşkarlanması, aradan qaldırılması və sistemlərin tənzimlənməsi; Ana platalarda (ana kartlarda) yaranmış nasazlıqların müəyyən edilməsi; Mono, multi və VRF sistemləri üzrə təmir işlərinin aparılması və ehtiyat hissələrinin yenisi ilə əvəz edilməsi; Kompressorların, iki çıxışlı klapanların, sensorların, fan mühərriklərinin və digər mexaniki hissələrin dəyişdirilməsi; İdarəetmə pultları, mikrosxemlər və elektrik naqillərinin əvəz edilməsi; Kran, kondensator, istilik tənzimləyicisi və maqnit işəsalıcıların dəyişdirilməsi; Kondisioner sistemlərinin xüsusi kimyəvi vasitələrlə yuyulması və süzgəclərin təmizlənməsi; Mərkəzləşdirilmiş VRF sistemlərində mis və drenaj borularının, siqnal kabellərinin çəkilməsi, joint-lərin qaynaq edilməsi və izolyasiya olunması; SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, istismar qaydalarına və daxili prosedurlara riayət edilməsi; Tələb olunan material və ehtiyat hissələrinin anbardan çıxarılması, onlardan düzgün və qənaətlə istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi; Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.