Ana Səhifə
Vakansiyalar

İT Əməliyyatları şöbəsinin rəhbəri

İT Əməliyyatları şöbəsinin rəhbəri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 fevral 2026

Son Tarix: 8 mart 2026

Təsvir

  • Şirkətin bütün lokasiyalarında/korpuslarında İT infrastrukturunun (serverlər, şəbəkə, təhlükəsizlik sistemləri, MDM, CCTV, access control və s.) fasiləsiz fəaliyyətini təmin etmək;

  • İT strategiyasının, siyasət və prosedurlarının hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;

  • İT şöbəsinin fəaliyyətinə ümumi nəzarət və idarə etmək: helpdesk, sistem inzibatçılığı, şəbəkə, təhlükəsizlik (turniket, CCTV);

  • Yeni korpusların açılışında İT infrastruktununu planlaşdırmaq və icrasına nəzarət etmək (Texniki planlaşdırılması, LAN/WAN/CCTV dizaynı, avadanlıq seçimi və tətbiqi);

  • Microsoft 365, Azure, Intune, Teams və digər bulud əsaslı həlləri tətbiq və idarə etmək;

  • Məlumat təhlükəsizliyi, backup və disaster recovery planlarını hazırlamaq və monitorinq etmək;

  • Məlumat təhlükəsizliyini və ehtiyat nüsxələmə sistemlərini idarə etmək;

  • Şirkətin texnoloji inkişaf planını hazırlamaq və rəhbərliyə təqdim etmək;

  • İT heyətinin fəaliyyətinə rəhbərlik etmək;

  • Xarici podratçılar, provayderlər və təchizatçılarla işi koordinasiya etmək.

Tələblər

  • Ali təhsil;

  • Müvafiq sahə üzrə rəhbər vəzifəsində minimum 3 illik təcrübə;

  • Şəbəkə və yönləndirmə: TCP/IP, OSI modeli, VLAN (802.1Q), STP, seqmentasiya, topologiya, OSPF, EIGRP, BGP, NAT, PAT, VPN, firewall, load balancing, proxy və DMZ;

  • Server və sistemlər: Microsoft Windows Server 2019–2022 (AD DS, GPO, DHCP, DNS, Hyper-V, Failover Cluster, File/Print Server, DFS, RDS, ADFS); Microsoft 365 / Exchange Online / SharePoint Online idarəetməsi, Azure AD və Intune; Linux server mühitləri;

  • Virtualizasiya və backup: Hyper-V, VMware, Veeam / Azure Backup;

  • Təhlükəsizlik və monitorinq: Endpoint Security, Access Control, CCTV və turniket sistemləri, patch management, sistem monitorinqi;

  • Monitorinq və idarəetmə: PRTG, Zabbix, SolarWinds və ya bənzər alətlər üzrə təcrübə;

  • Güclü liderlik, analitik düşünmə və problem həll etmə bacarıqları;

  • Komanda ilə iş və effektiv kommunikasiya bacarığı;

  • Rus dili biliyi arzu olunandır;

  • Böyük və çoxlokasiyalı infrastrukturda iş təcrübəsi üstünlükdür;

  • Aşağıdakı sertifikatlar malik olmaq üstünlük sayılır: Cisco CCNA / CCNP (Enterprise və ya Security track); Microsoft Certified: Azure Administrator / Modern Desktop Administrator; CompTIA Network+, Security+, və ya CySA+; ITIL v4 Foundation və ya PMP (layihə idarəçiliyi üçün);

  • Kibertəhlükəsizlik və Data Protection üzrə biliklər üstünlükdür.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;

  • İş rejimi: 09:00-18:00/08:00-17:00 (5 gün);

  • İş yeri: Bayıl (Baş Ofis);

  • Performans əsaslı bonus;

  • Könüllü tibbi sığorta;

  • Həyat yığım sığortası;

  • LANDAU School-da uşaqların təhsilində xüsusi endirimlər;

  • Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Necə Müraciət Etmək Olar

Landau Education Group

Landau Education Group

Education

2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8156

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya