IT dəstək üzrə mütəxəssis/ IT xidmətləri və dəstək departamenti, IT dəstək söbəsi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
Vəzifə Öhdəlikləri:
Şirkətin bütün struktur bölmələrinin əməkdaşlarının kompüter avadanlıqlarında və proqram təminatında meydana çıxan istənilən nasazlıqların aradan qaldırılması üçün texniki yardımın göstərilməsi və qüsurların qarşısını almaq məqsədilə təcili tədbirlər görülməsi;
Printer, skaner və digər periferiya qurğuların quraşdırılması və texniki qulluğun göstərilməsi;
Daxil olan müraciətlərin sistemdə qeydiyyatının aparılması və operativ həll edilməsi;
Yeni əməkdaşlar üçün kompüter və avadanlıqların quraşdırılması, şəbəkədə tanınmasının icra edilməsi;
İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra edilməsi;
Lazımi yeni lisenziyaların, proqram təminatının, avadanlıqların və digər İT sifarişlərin həyata keçirilməsi işinin təşkil edilməsi;
İnformasiya texnologiyaları infrastrukturunun inkişafı və texniki cəhətdən modernləşdirilməsi istiqamətində işlərin görülməsi;
Şirkətin əməkdaşlarının öz iş fəaliyyətlərində informasiya texnologiyalarından istifadə, onların bu sahədə bilik və bacarıqlarının artırılması işinin təşkil edilməsi;
Birbaşa rəhbərin göstərişi ilə digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və şirkətin struktur bölmələrinin sifarişlərinin vaxtında və lazımi səviyyədə icra edilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi: İT sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:orta
Kompüter bilikləri: MS Office: orta
Üstünlüklər:
Çağrı Mərkəzi sistemləri üzrə iş təcrübəsi;
ADDS, DNS, DHCP, GPO və s. sistemləri üzrə iş təcrübəsi;
File Server, Print Server, WSUS, WDS Server üzrə iş təcrübəsi;
İnfrastruktur monitoring sistemləri üzrə iş təcrübəsi;
TCP/IP networking (subnets, firewall rules və s.) anlayışı;
Windows server versiyalarında və/və ya Azure texnologiyalarında Microsoft sertifikatların olunması.
Biz nə təklif edirik:
Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
Ödənişsiz dayanacaq imkanının təmin olunması;
“Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
PASHA Life
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15150
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə