İT Biznes Analitik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 yanvar 2026
Son Tarix: 7 mart 2026
Təsvir
Şirkət daxilində müvafiq istiqamətlər üzrə görüşlərin keçirilməsi, biznes proseslərin analiz edilməsi, təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və həll yollarının təklif edilməsi;
Şirkət daxilində icra olunması planlaşdırılan proqram təminatları üzrə texniki və funksional tələblərin formalaşdırılması mərhələsində müzakirələrdə aktiv iştirak etməsi;
Biznes tərəfindən daxil olan tələblərin analiz olunması və prioritetləşdirilməsi;
Biznesin tələblərinə əsasən texniki tapşırıqların formalaşdırılması;
Texniki tapşırıqları İT və ya tərəfdaş olan 3-cü tərəflərlə müzakirə edilməsi və qoyulmuş tələblərin həyata keçirilməsinin mümkünlüyünün təmin edilməsi;
Layihələrin texniki tapşırıqlara uyğun olaraq icrasına nəzarət edilməsi və müvafiq testlərin aparılmasında dəstəyin göstərilməsi;
Rəhbərlik üçün təqdimatların hazırlanması.
Tələblər
Təhsil: İnformasiya Texnologiyaları, Biznesin İdarə edilməsi, İqdisadiyyat;
İş təcrübəsi: Biznes analitik, IT biznes analitik və ya əlaqəli sahələrdə 1 illik iş təcrübəsi;
Dil biliyi: azərbaycan-dili (Əla), ingilis-dili (Yaxşı), rus dili biliyi arzu olunandır;
Kompüter biliyi: Microsoft Office (Excel, Visio, Power Point, Figma);
İri həcmli İT layihələrinin aparılmasında təcrübə;
Yaxşı ünsiyyət və təqdimat bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Layihələrin icrası üzrə metodologiyalar ilə ilkin tanışlıq.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş rejimi: 09:00-18:00/08:00-17:00 (5 gün);
İş yeri: Bayıl (servis mövcuddur);
Könüllü tibbi sığorta;
Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
Korporativ təlimlərə qatılma imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Landau Education Group
Education
2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#6291
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200