Ana Səhifə
Vakansiyalar

İstismar xidmətləri üzrə texnik (santexnik)

İstismar xidmətləri üzrə texnik (santexnik)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 29 may 2026

Təsvir

PAŞA Property Management “İstismar xidmətləri üzrə texnik (santexnik)” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

  • Ventilyatorlara, kondisionerlərə və mühərriklərə texniki xidmət göstərmək;

  • Suyun və havanın keyfiyyət, kəmiyyət, hərarətini test etmək və ölçmək;

  • Müvafiq sistemlərin və aksessuarların təmizləmək və onlara texniki xidmət göstərmək;

  • Zədələnmiş hissələrin təmir etmək yaxud dəyişdirmək;

  • Bütün mexaniki avadanlıqlarda profilaktik təmir işləri aparmaq;

  • Hava çıxışlarını (jalyüzlər, məhəccərlər, diffuzorlar) təmizləmək;

  • Bütün nasazlıqlar barədə nəzarətçilərə xəbər vermək;

  • Sifariş edilməli olan cihazlar və ehtiyat hissələri barədə rəhbərliyi məlumatlandırmaq;

  • Mebellər, otaqlar (alçıpan və divar kağızları) və avadanlıq daxil olmaqla, binanın səthlərinin rəngləmək, texniki xidmət göstərmək və təmir etmək;

  • İşçiyə təhkim edilmiş alət və avadanlıqları təmizləmək, texniki qulluq etmək və saz vəziyyətdə saxlamaq;

  • Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək.

Tələblər

  • İşində cəld və məsuliyyətli olmaq;

  • Texniki xidmət və təmir sahəsində minimum 2-3 il iş təcrübəsi;

  • Su, kanalizasiya, isitmə, soyutma və digər santexnika sistemlərinin quraşdırılması və təmiri bacarığı;

  • Komanda ilə işləmə bacarığı;

  • Böyük biznes mərkəzində iş təcrübəsi üstünlükdür.

Necə Müraciət Etmək Olar

PASHA Property Management

PASHA Property Management

Other

PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18722

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Bağbançılıq və Yaşıllıq İşləri üzrə Supervayzer

Tam Ştat

PAŞA Property Management “Bağbançılıq və Yaşıllıq İşləri üzrə Supervayzer" vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Yaşıllıq sahələrinin, qazon, ağac və bitkilərin baxım işlərinin təşkili və nəzarəti Bağbanların iş bölgüsünün təşkili, fəaliyyətlərinin idarə olunması və gündəlik işlərinə nəzarət Bitkilərin sağlamlıq vəziyyətinin mütəmadi yoxlanılması və zəruri tədbirlərin görülməsi Suvarma sistemlərinin idarə olunması və mövsümi suvarma planlarının hazırlanması Gübrələmə, dərmanlama və bitki mühafizə proqramlarının icrası Mövsümi əkin, budama və yaşıllaşdırma işlərinin koordinasiyası Gündəlik iş planlarının hazırlanması və işçi heyətinin koordinasiyası Görülən işlərin keyfiyyətinə və vaxtında tamamlanmasına nəzarət Texnika və avadanlıqların düzgün, təhlükəsiz və səmərəli istifadəsinə nəzarət Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit (HSE) qaydalarına əməl olunmasının təmin edilməsi Material, gübrə və texniki ehtiyacların izlənilməsi və rəhbərliyə bildirilməsi Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması Landşaft sahələrinin ümumi görünüşünün və keyfiyyət standartlarının qorunmasının təmin edilməsi

Texniki dəstək üzrə mütəxəssis ( IT Helpdesk)

Tam Ştat

PAŞA Property Management “Texniki dəstək üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Kompüterlərin və təşkilatı texnikanın daim işlək vəziyyətdə saxlanmasını təmin edir; Lokal kompüter şəbəkəsinin fasiləsiz işləməsi və saz vəziyyətdə saxlanmasını təmin edir, şəbəkə və informasiya təhlükəsizliyinin inkişafı üçün ardıcıl tədbirlər görür; Videomüşahidə (CCTV) quraşdırılmasına, sazlanmasına və onlara texniki xidmət işlərinə nəzarət edir; Şirkət üzrə informasiya sistemlərinin qurulmasını, onların etibarlı və davamlı fəaliyyətini, təhlükəsizliyini və işlək vəziyyətdə saxlanmasını, dövri yenilənməsini təmin edir; Şirkətin kompüter və server avadanlıqlarında istifadə olunan ümumi təyinatlı proqram təminatının işlək vəziyyətdə saxlanmasını və onun dövri yenilənməsini təmin edir; İnformasiya sistemlərinin istismarı ilə əlaqədar mütəmadi olaraq monitorinqlər və təhlillər aparır, həmin məsələlərin həlli üzrə təkliflər hazırlayır, aşkar edilən problem və nasazlıqları aradan qaldırır; Şirkətin informasiya sistemlərindən fasiləsiz istifadənin təmin edilməsi məqsədi ilə dəstək xidmətini təşkil edir və s.

Təmir işləri üzrə nəzarətçi

Tam Ştat

PAŞA Property Management “Təmir işləri üzrə nəzarətçi” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Layihə üzrə komanda üzvləri və digər tərəflərlə münasibətlər yaratmaq, yarana biləcək məsələlərin həlli üçün müntəzəm və şəffaf əlaqə xəttlərini qurmaq; İşlərin gedişatı ilə bağlı iclaslarda iştirak etmək və Təmir işləri Koordinatoru bütün məsələlər barəsində məlumatlandırılmasını təmin etmək; Sakinin podratçıları tərəfindən görülən işlərin düzgünlüyünün və plana uyğunluğunun yoxlanılması; Təhlükəsiz iş qaydalarına riayət etmək və lazım gəldikdə müvafiq tədbirlər görmək; Təhvil-təslim cədvəlinin tərtibində köməklik görstərmək və bütün qüsurların aradan qaldırılmasını təmin etmək; Təmir işləri zamanı Sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək; Təmir işləri koordinatoru tərəfindən həvalə olunmuş digər vəzifələri yerinə yetirmək; Binanın mühəndis sistemlərinin (elektrik, su, kanalizasiya, isitmə-soyutma, liftlər və s.) işlək vəziyyətdə saxlanmasına nəzarət etmək; Planlı texniki baxış və profilaktik işlərin təşkil etmək.