Bağbançılıq və Yaşıllıq İşləri üzrə Supervayzer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 25 iyun 2026
Təsvir
PAŞA Property Management “Bağbançılıq və Yaşıllıq İşləri üzrə Supervayzer" vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
Yaşıllıq sahələrinin, qazon, ağac və bitkilərin baxım işlərinin təşkili və nəzarəti
Bağbanların iş bölgüsünün təşkili, fəaliyyətlərinin idarə olunması və gündəlik işlərinə nəzarət
Bitkilərin sağlamlıq vəziyyətinin mütəmadi yoxlanılması və zəruri tədbirlərin görülməsi
Suvarma sistemlərinin idarə olunması və mövsümi suvarma planlarının hazırlanması
Gübrələmə, dərmanlama və bitki mühafizə proqramlarının icrası
Mövsümi əkin, budama və yaşıllaşdırma işlərinin koordinasiyası
Gündəlik iş planlarının hazırlanması və işçi heyətinin koordinasiyası
Görülən işlərin keyfiyyətinə və vaxtında tamamlanmasına nəzarət
Texnika və avadanlıqların düzgün, təhlükəsiz və səmərəli istifadəsinə nəzarət
Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit (HSE) qaydalarına əməl olunmasının təmin edilməsi
Material, gübrə və texniki ehtiyacların izlənilməsi və rəhbərliyə bildirilməsi
Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması
Landşaft sahələrinin ümumi görünüşünün və keyfiyyət standartlarının qorunmasının təmin edilməsi
Tələblər
Aqronomluq, Landşaft Memarlığı və ya uyğun sahə üzrə ali təhsil
Landşaft və ya yaşıllıq sahələrinin idarə olunması üzrə iş təcrübəsi
Suvarma sistemləri, bitki baxımı və gübrələmə üzrə biliklər
Komanda idarəetməsi və təşkilatçılıq bacarığı
HSE qaydaları üzrə məlumatlılıq
Necə Müraciət Etmək Olar
PASHA Property Management
Other
PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18721
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000