İstehsalat üzrə mühasib (kalkulyasiya və xammal nəzarəti üzrə)
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 12 mart 2026
Təsvir
Fresh catering şirkətinə İstehsalat üzrə mühasib (kalkulyasiya və xammal nəzarəti üzrə) tələb olunur.
İş şəraiti
İş yeri: Ağ şəhər
İş rejimi: 6 günlük iş həftəsi
Nahar şirkət tərəfdən verilir.
Əmək haqqı 1000 azn.
Tələblər
Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahə)
İstehsalat və ya iaşə sahəsində müvafiq iş təcrübəsi
Maya dəyəri və xammal uçotu üzrə bilik
İiko və Excel proqramlarında sərbəst işləmə bacarığı
Analitik düşüncə, məsuliyyət və dəqiqlik
Əmək funksiyaları:
Kalkulyasiya və maya dəyərinin hesablanması
Hər bir yemək və məhsul üzrə texnoloji kartların (reseptlərin) hazırlanması və sistemə daxil edilməsi
Məhsullar üzrə faktiki və plan maya dəyərinin hesablanması
Xammal qiymətlərində dəyişiklik olduqda kalkulyasiyaların yenilənməsi
Banket, tədbir və xüsusi sifarişlər üzrə fərdi kalkulyasiyaların hazırlanması
Maya dəyərində fərqlərin (plan–fakt) təhlili və rəhbərliyə hesabatın təqdim edilməsi
Xammalın silinməsi və istehsal uçotu
Gündəlik istehsal hesabatları əsasında xammalın proqrama düzgün silinməsi
Satışa uyğun olaraq hazır məhsulun anbar uçotundan silinməsinə nəzarət
Normadan artıq sərfiyyat halları üzrə araşdırma aparılması
Anbar qalığı ilə proqram qalığının uyğunluğunun yoxlanılması
İnventarizasiya nəticələrinə əsasən düzəlişlərin aparılması
Proqram üzrə əməliyyatların icrası
Mühasibat proqramında (İiko) nomenklaturanın düzgün qurulması
Ölçü vahidlərinin və çevirmə əmsallarının düzgün tətbiqi
Yeni məhsulların sistemə daxil edilməsi
Proqramda səhv və uyğunsuzluqların aradan qaldırılması
Hesabatlılıq və nəzarət
Gündəlik/aylıq xammal sərfiyyatı hesabatlarının hazırlanması
Anbar üzrə qalığa nəzarət və minimum stok səviyyəsinin izlənməsi
Artıq və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi
Daxili nəzarət və sənədləşmə
Texnoloji kartların faktiki istehsal ilə uyğunluğunun yoxlanılması
Daxili nəzarət prosedurlarının tətbiqi
CV-lərinizi mövzu hissəsində “İstehsalat üzrə mühasib” qeyde etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Necə Müraciət Etmək Olar
FRESH Catering
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8600
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə