Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Audit

İstehsalat prosesləri üzrə audit

İstehsalat prosesləri üzrə audit

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 10 may 2026

Təsvir

  • İstehsalın müəyyən edilmiş texnoloji xəritələrə, təlimatlara və dövlət standartlarına (məsələn, ISO 9001) uyğunluğunu yoxlamaq;

  • Xammal israfı, vaxt itkisi və lazımsız hərəkətlərin aşkar edilməsi;

  • Yarımfabrikatların və hazır məhsulun keyfiyyət göstəricilərinin laboratoriya və ya texniki şərtlərə uyğunluğunu yoxlamaq;

  • Aşkar edilmiş uyğunsuzluqlar barədə aktların tərtib edilməsi və risklərin qiymətləndirilməsi.

Tələblər

  • Təhsil: Ali (müvafiq sahə üzrə);

  • İş təcrübəsi: 4 il;

  • Yaş aralığı: 40 yaşa qədər;

  • Şəxsi avtomobil olması mütləqdir;

  • Sürücülük vəsiqəsi, B kateqoriya;

  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili arzuolunandır;

  • Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook).

İş şəraiti:

  • İş yeri: Luxen Plaza;

  • İş qrafiki: 5 gün, saat 09:00-18:00;

  • İstirahət: Şənbə və bazar günü.

Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);

  • Şəhərin mərkəzində ofis;

  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar;

  • Dinamik və gənc komanda ilə iş imkanı.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13324

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya