İstehlak kreditləri bölməsinin kiçik eksperti
Bakı,, Atatürk, pr,, 42
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 10 iyun 2026
Təsvir
Bankın daxili qaydalarına əsasən müəyyən olunmuş limitlər çərçivəsində müraciət olunmuş ərizələrin və müraciətlərin təhlilini həyata keçirir, ehtiyyac yarandığı hallarda həmçinin müraciətlər əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
Fiziki və hüquqi şəxslərə (banklar istisna olmaqla) mövcud qanunvericiliyə və bankdaxili təlimatlara əsasən bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanılması ilə bağlı danışıqları aparır, sənədləri qəbul edir, yoxlayır və müvafiq hesablar açır;
Müəyyən olunmuş limitlər çərçivəsində və yaxud Kredit Komitəsində müsbət qərar almış həmçinin İH sədrinin əmri və ya sahə rəhbərinin sərəncamı əsasında ərizələrin və müraciətlərin kreditvermə hüquqları ilə bağlı bankın daxili qaydalarının tələblərinə əməl etməklə rəsmiləşdirilməsini təmin edir;
Kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişini qəbul edir, onlara hesabları haqqında tələb etdikləri məlumatların verilməsini və ödəniş zamanı baş vermiş səhvlərlə bağlı düzəlişlərin ediməsi üçün müraciətləri əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
Verilmiş kreditlərin təminatı kimi tələb olunan əmlakların Müştəri Xidmətləri Departamentinin/Filialın girov qeydiyyatına götürülməsi, girov qeydiyyatından çıxarılması həmçinin kreditlə və hesabla bağlı məlumatların dövlət orqanlarına və krediti/kreditin təminatını sığortalayan sığorta şirkətlərinə verilməsi barədə sənədlərin hazırlanmasını təmin edir;
Tərəfindən aparılmış əməliyyatlar üzrə Bankın mövcud olan tariflərinə əsasən bank komissiyalarını tutur;
Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi ilə əlaqədar bütün növ tapşırıq sənədlərini (kassa mədaxil və məxaric orderləri, pul çekləri, ödəniş tapşırıqları, xarici valyutanın alqı-satqı sifarişləri, balansdankanar mədaxil və məxaric orderləri (çeklər və kartlar üzrə) və s.) hazırlayır və ya qəbul edir, yoxlayır və xüsusi qeydləri olmadığı halda imzalayaraq bankdaxili təlimatlara əsasən icra edir və ya müvəkkil bölmələrə ötürür;
Necə Müraciət Etmək Olar
Bank of Baku
Finance
Bank of Baku Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və fərdi, eləcə də korporativ müştərilər üçün geniş maliyyə xidmətləri təqdim edir. Bank kreditlər, depozit məhsulları, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bankçılıq həlləri ilə müştərilərinin maliyyə ehtiyaclarını qarşılamağa yönəlib. Bank of Baku ölkə üzrə filial və xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Bank fəaliyyətində müştəri məmnuniyyəti, innovasiya və operativ xidmət prinsiplərini əsas tutur. “BOB Mobile” kimi rəqəmsal bankçılıq həlləri vasitəsilə istifadəçilərə onlayn əməliyyatlar, ödənişlər və hesab idarəetməsi imkanları təqdim olunur. Bank of Baku həmçinin müasir texnologiyaların tətbiqi və sahibkarlığın dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycanın bank sektorunda mövqeyini gücləndirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16780
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+