Ana Səhifə
Vakansiyalar

İş Paketi Mühəndisi (Work-Pack Engineer)

İş Paketi Mühəndisi (Work-Pack Engineer)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 yanvar 2026

Son Tarix: 30 yanvar 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Mühəndislik sahələrinə (ELEKTRİK) uyğun iş paketlərinin hazırlanması

  • İşin həcminin idarəolunan hissələrə bölünməsi

  • Çertyojlar, spesifikasiyalar, metod bəyanatları, icazələr, material siyahıları və s. daxil edilməsi

  • Tikinti cədvəllərinin və layihə sənədlərinin nəzərdən keçirilməsi

  • İcra zamanı çətinlik və məhdudiyyətlərin müəyyənləşdirilməsi

  • Lazımi resursların (işçi qüvvəsi, alət, avadanlıq və s.) planlaşdırılması

  • Planlaşdırma, mühəndislik, satınalma və tikinti komandaları ilə koordinasiya

  • Keyfiyyət, təhlükəsizlik və mühəndislik komandaları ilə sıx əməkdaşlıq

  • İş paketlərinin statusunun izlənməsi (plan, təqdimat, icra, tamamlanma)

  • Risk qiymətləndirmələri və keyfiyyət yoxlama siyahılarının hazırlanması

  • Ustalara və sahə mühəndislərinə texniki dəstək

Tələblər

  • Ali texniki təhsil (Tikinti mühəndisliyi və ya müvafiq ixtisas üzrə);

  • Tikinti sahəsində minimum 3 il iş təcrübəsi;

  • Layihə sənədlərini və P&ID cizgilərini oxuma bacarığı;

  • İş həcmlərinin hesablanması və smeta sənədləri ilə işləmək təcrübəsi;

  • MS Office, AutoCAD və digər mühəndis proqramlarında işləmə bacarığı;

  • Yüksək məsuliyyət, analitik düşüncə və komandada işləmək qabiliyyəti.

  • İngilis dilini rəsmi ünsiyyət və yazışma səviyyəsində bilməli

Üstünlük veriləcək namizədlər:

  • Neft-qaz sahəsində, həm dənizdə, həm də quruda yerləşən neft platformalarının və sənaye tikintisi obyektlərinin inşasında iş təcrübəsinə malik olanlara;

Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3881

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Elektrik

Tam Ştat

Əsas öhdəliklər: Elektrik işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq normalara, prosedurlara və keyfiyyət tələblərinə riayət etməklə icra etmək. İş yerinin təhlükəsiz olmasına diqqət etmək, elektrik işlərinin yerinə yetirilməsini, verilmiş tapşırıqların icrasını, elektrik alət və ləvazimatlarının istismar olunmasını və qorunmasını qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun icra etmək. Peşə təlimatlarına və ixtisas dərəcəsinə uyğun olaraq verilmiş istehsalat tapşırıqları əsasında elektrik naqillərini çəkmək, elektrik tavalarını quraşdırmaq, müxtəlif elektrik sxemləri üzrə elektrik birləşmələri və bağlantı işlərini yerinə yetirmək, cərəyan mənbəyinə birləşdirmək, bağlantı qutularını və digər elektrik cihazlarını bərkitmək.Kabellər və elektrik cihazları üzərində sınaqlar apara bilmək. Elektrik avadanlıqlarının, elektrik naqillərinin növlərini tanımaq, onların gücü, keçiricilik qabiliyyəti haqqında məlumatlı olmaq, habelə gərginlik mənbələri və onların xarakteristikaları-cərəyan şiddəti və gücü haqqında məlumatlı olmaq. İş prosesindən əvvəl və sonra iş yerinin istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə yerləşdirmək. Əməyin mühafizəsi və təhlükəzislik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı təlimatların tələblərinə və uyğun prosedurlara əməl etmək. Şəxsi keyfiyyətlər: Komandada işləmə bacarığı İntizamlılıq – iş vaxtına və qaydalara əməl etmək Məsuliyyətlilik – verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirmək Dəqiqlik – işin keyfiyyətinə diqqət etmək İş şəraiti: Cəbrayıl rayonu (12 gün iş növbəsi, sonrakı 3 gün vaxtalararası istirahət) Əmək haqqı: 1100-1400 AZN net (bilik və bacarıqdan asılı olaraq) CV məktubun mövzu hissəsinə vakansiyanın adı (elektrik) qeyd edilməklə qeyd olunan elektron ünvanına göndərməlidir.

Cəbrayıl