Ana Səhifə
Vakansiyalar

İR üzrə aparıcı mütəxəssis(Qusar)

İR üzrə aparıcı mütəxəssis(Qusar)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 9 yanvar 2026

Son Tarix: 18 fevral 2026

Təsvir

  • Rəsmi tabel uçotunun Layihələr üzrə günlük aparılması, rəsmi uçot məlumatlarının (iş günü, icazə, bülleten, məzuniyyət, xitam günü və s)  dəqiq və düzgün yazılması;

  • Layihələr üzrə uçotu aparılmış tabellərin elektron daşıyıcıda həmin gün email vasitəsi ilə departament rəhbərinə təqdim edilməsi;

  • Region Layihələr üzrə yeni işə başlamış işçilərə Daxili intizam Qaydaları haqda məlumatın verilməsi;

  • Aylıq vergi tabel hesabatının hazırlanması və növbəti ayın 5 dən gec olmayaraq departament rəhbərinə təqdim edilməsi;

  • Departament rəhbərinə aylıq icazə və məzuniyyətlər, işə qəbul, xitam haqda hesabatların hazırlanması;

  • İnzibati Tənbeh verilməsi üçün zərurət yarandıqda  Təqdimatların hazırlanması, İşçilərdən İzahatların tələb edilməsi və toplanan sənədlərin Departament rəhbərinə göndərilməsi;

  • İşdən azad edilmiş işçinin istifadəsində olan təminatların təhvil-təsliminə nəzarət.

  • İşdən azad edilmiş işçilərin son haqq hesab sənədlərinin hazırlanması, imzalanması, email vasitəsi ilə departament rəhbərinə təqdim edilməsi;

  • Məzuniyyət ərizələrinin 5 gün öncədən yazılmasının təmin edilməsi, məzuniyyət ərizələrinin dərhal mərkəzi ofisə email vasitəsi ilə göndərilməsi;

  • Məzuniyyət uçotu cədvəllərini Layihələr üzrə yönləndirilməsi (iş illərinə görə qalıq məzuniyyətlərin ümumi qeydiyyatın izlənməsi)

  • ŞRT üzrə Ezam edilmiş işçilər şəxslər haqda məlumatların verilməsi, ezam vərəqlərinin hazırlanıb imzalanması;

  • Kadrlar üzrə verilmiş bütün növ ƏMRlərin işçilərə tanış edilməsi, izah edilməsi və imzaların toplanması.

  • Mövsümi aylarda gücləndirilmiş iş rejimi zamanı işçilərin giriş-çıxış saatlarının qeydiyatına nəzarət;

  • 1 C də İşçilərin işə qəbul, xitam, bülleten, icazə, məzuniyyət, ezam və s kimi uçotun aparılması.

Tələblər

  • Bəy namizəd

  • 3 il iş stajı

  • Tələbkarlıq

  • Planlaşdırma və təşkilatçılıq bacarığı

  • Analitik düşünmə və təhlil etmə bacarığı

  • 1 C , Ofis proqramları (Word, Excell)

  • İR üzrə istənilən növ sertifikata malik olmalı.

İş şərtləri:

  • 6 günlük iş qrafiki

  • Qusar və ya yaxın zonalarda yaşayış yerinin olması tələb olunur.

  • Qidalanma şirkət tərəfindən qarşılanır.

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır.

  • İş yeri Qusar, Ləgər Qışlaq kəndi.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4402

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya