İqtisadçı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
ADY-nin və törəmə müəssisələrinin xidmət portfelinin təhlilini və hər bir xidmət üçün xərc hesablamasını aparmaq;
Maliyyə modelləri üçün biznes prosedurlarını formalaşdırmaqda təkliflər vermək;
Xərc və gəlirlərin maliyyə və iqtisadi təhlilini aparmaq, müvafiq hesablamalar hazırlanmasında iştirak etmək;
Subsidiya məbləğinin və maliyyə modellinin hesablanmasında iştirak etmək;
Mühasibat uçotu sisteminin təkmilləşdirilməsi üçün təhlillər aparmaq və təkliflər vermək;
Mürəkkəb mühasibat məsələlərini həll etmək və potensial riskləri həll etmək üçün funksiyalararası komandalarla əməkdaşlıq etmək;
Rəhbərliyin müəyyən etdiyi ölçülərə əsaslanan idarəetmə uçotu strukturunun layihələndirilməsi və saxlanması, idarəetmə uçotu məlumatlarının standartlaşdırılması və keyfiyyətinin yaxşılaşdırılması üçün tələb olunan əməliyyat fəaliyyəti və dəyişiklikləri araşdırmaq.
Tələblər
Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
Maliyyə modelləşdirməsi və təhlili ilə bağlı ümumi biliklər;
Maliyyə, mühasibat uçotu, korporativ maliyyə konsepsiyaları ilə bağlı biliklər;
Maliyyə modelləri ilə bağlı praktiki biliklər;
MS Office proqramları - yaxşı səviyyədə;
Dil bilikləri: İngilis, rus - yaxşı səviyyədə;
Diqqətlilik;
Əzmkarlıq;
Analitik düşüncə;
(Sahə üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir)
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14810
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+