iOS (SwiftUI) üzrə Senior Developer

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 1 may 2026

Son Tarix: 9 may 2026

Təsvir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkənin rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, dövlət xidmətlərinin mobil platformalar üzərindən ən yüksək texnoloji standartlarla təqdim edilməsi və ekosistemin rəqabətqabiliyyətli həllərlə təmin olunması məqsədilə iOS (SwiftUI) üzrə Senior Developer vakansiyasını elan edir.

Vəzifənin əsas hədəfi:

  • Ölkənin rəqmsal transformasiyasına dəyər qatmaq və qabaqcıl texnoloji həllərin istifadəsi;

  • Swift və SwiftUI istifadə edərək iOS tətbiqlərin hazırlanması;

  • Süni intellekt (AI) alətlərinin proqramlaşdırma prosesinə inteqrasiyası;

  • iOS tətbiqlərin arxitektura dizaynında iştirak və proqram təminatının arxitekturasına dair əsaslandırılmış qərarların qəbul edilməsi;

  • Biznes hədəflərini texnoloji imkanlar ilə birləşdirərək rəqəmsal məhsulların yaradılmasında iştirak etmək;

  • Kodun keyfiyyətinin təmin edilməsi, performans və genişlənmə üçün ən yaxşı təcrübələrə riayət olunması və Süni intelekt (Aİ) alətlərin tətbiqi;

  • Unit test və UI testlərin hazırlanma prosesində iştirak edilməsi;

  • Proqram təminatının dayanıqlılığının təmin olunması;

  • Git versiya idarəetmə sistemindən istifadə edərək kod versiyalarının idarə edilməsi və zəruri proseslərin avtomalaşdırılması;

  • Məhsul sahibləri, İT Biznes analiklər, Dizaynerlər və digər krosfunksional komandalarla əməkdaşlıq edilməsi;

  • Komanda daxilində texnoloji trendlərin müəyyən edilməsini və yeniliklərin aktiv izlənilməsi;

  • Komanda daxilində mentorluq edilməsi və peşəkar yetişməsinə dəstəyin göstərilməsi.

Tələblər

Biznes və ümumi bacarıqlar:

  • iOS sahəsində ən azı 5 il, o cümlədən senior səviyyəsində ən azı 2 il təcrübə.

  • Texniki həllərin biznes hədəflərinə və istifadəçi ehtiyaclarına (UX) necə təsir etdiyini anlamaq və dəyər qatmaq bacarığı.

  • Komandada digər proqramçıları yönləndirmə (mentoring) və texniki qərarlarda məsuliyyət götürmə qabiliyyəti.

  • Krosfunksional komandalar (dizayn, product, backend) ilə effektiv ünsiyyət və Agile metodologiyaları ilə çevik inkişaf proseslərinə töhfə.

  • Problemlərin analitik təhlili və biznes üçün optimal həll yollarının hazırlanması.

Texniki bacarıqlar:

  • Swift dilində peşəkar bilik;

  • SwiftUI və UIKit ilə qabaqcıl səviyyədə işləmə bacarığı.

  • Proqramlaşdırma prosesində Süni İntelekt (AI) alətlərindən (Gemini, Apple Intelegence, Calude Code, GitHub Copilot, Cursor, ChatGPT və s.) effektiv istifadə edərək iş məhsuldarlığını artırmaq bacarığı.

  • Layihədə Süni İntelekt (Aİ) alətlərin daha səmərəli işləməsi üçün Sİ-ə təlimatlar və qaydalar vermə bacarığı və real layihə təcrübəsi;

  • MVVM, VIPER və MVC arxitekturaları ilə dərin bilik və real layihə təcrübəsi.

  • CoreData ilə yüksək səviyyədə işləmə bacarığı;

  • GCD və async/await konseptləri üzrə dərin anlayış;

  • RESTful API-lərlə inteqrasiya və işləmə bacarığı.

  • Git alətləri ilə işləmə bacarığı;

  • Postman və digər API test alətləri ilə iş təcrübəsi.

  • Dizayn patternləri üzrə güclü bilik;

  • OOP və SOLID prinsipləri əsasında təmiz və optimallaşdırılmış kod yazmaq bacarığı, və bu prinsiplərin dərin anlayışı.

Üstünlük verilir:

  • Combine framework-ü ilə real layihə təcrübəsi.

  • Unit TestUI Test yazmaq bacarığı.

  • CI/CD proseslərinin tətbiqi və avtomatlaşdırma təcrübəsi.

  • Firebase Cloud, SonarQube, Snyk, Elasctic APM və OpenTelemetry analitika və performans alətləri ilə işləmə bacarığı.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15566

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

iOS (SwiftUI) üzrə Leading Developer

Tam Ştat

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkənin rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, dövlət xidmətlərinin mobil platformalar üzərindən ən yüksək texnoloji standartlarla təqdim edilməsi və ekosistemin rəqabətqabiliyyətli həllərlə təmin olunması məqsədilə iOS (SwiftUI) üzrə Aparıcı Developer vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: Ölkənin rəqmsal transformasiyasına dəyər qatmaq və qabaqcıl texnoloji həllərin istifadəsi; Swift və SwiftUI istifadə edərək iOS tətbiqlərin hazırlanması; Süni intellekt (AI) alətlərinin proqramlaşdırma prosesinə inteqrasiyası; iOS tətbiqlərin arxitektura dizaynında iştirak və proqram təminatının arxitekturasına dair əsaslandırılmış qərarların qəbul edilməsi; Biznes hədəflərini texnoloji imkanlar ilə birləşdirərək rəqəmsal məhsulların yaradılmasında iştirak etmək; Kodun keyfiyyətinin təmin edilməsi, performans və genişlənmə üçün ən yaxşı təcrübələrə riayət olunması və Süni intelekt (Aİ) alətlərin tətbiqi; Unit test və UI testlərin hazırlanma prosesində iştirak edilməsi; Proqram təminatının dayanıqlılığının təmin olunması; Git versiya idarəetmə sistemindən istifadə edərək kod versiyalarının idarə edilməsi və zəruri proseslərin avtomalaşdırılması; Məhsul sahibləri, İT Biznes analiklər, Dizaynerlər və digər krosfunksional komandalarla əməkdaşlıq edilməsi; Komanda daxilində texnoloji trendlərin müəyyən edilməsini və yeniliklərin aktiv izlənilməsi;

İT infrastruktur üzrə arxitektor

Tam Ştat

Agentliyin İT infrastrukturu üçün vahid platforma arxitekturasının (on-prem, cloud, hybrid) konseptual dizaynının hazırlanması və inkişaf etdirilməsi; Paylanmış arxitekturalı (distributed) platformaların (multi-cluster, multi-tenant) referens arxitekturasının formalaşdırılmasına və tətbiqinə rəhbərlik edilməsi; İnfrastrukturun Platform as a Service yanaşması ilə dizayn edilməsi (self-service, standartlaşdırılmış pipeline və environment-lər); CI/CD, GitOps və IaC proseslərinin strateji səviyyədə qurulması və idarə olunması (ArgoCD, GitLab CI, Terraform, Ansible və s.); Yüksək yüklü və kritik sistemlər üçün miqyaslanma (scalability), əlçatanlıq (availability) və dözümlülük (resiliency) prinsiplərinə uyğun infrastruktur arxitekturalarının layihələndirilməsi; Bulud (cloud) və yerində quraşdırılan (on-prem) resurslar üçün tutum planlaması (capacity planning), xərclərin optimallaşdırılması (cost optimization) və performans strategiyalarının müəyyən edilməsi; Observability stack-in (metrics, logs, traces, profiling) vahid arxitektura və standartlar üzrə qurulmasına rəhbərlik edilməsi; SLI/SLO, error budget, incident response, postmortem proseslərinin dizaynı; Təhlükəsizlik və uyğunluq (security by design, zero-trust, secret management, auditability) tələblərinin platforma səviyyəsində təmin edilməsi; İnfrastruktur üzrə texniki qərarlara rəyin verilməsi, risklərin qiymətləndirilməsi və arxitektura review-ların aparılması; Digər departamentlər üçün (development, data, təhlükəsizlik) texniki lider və məsləhətçi funksiyasının icra edilməsi; Texniki standartlar, referens arxitekturalar, best practice sənədlərinin hazırlanması və qorunması; İnfrastruktur yol xəritəsinin (roadmap) hazırlanması və icrası prosesində iştirak; Departament rəhbərliyinə platformanın vəziyyəti, risklər və inkişaf planları üzrə strateji hesabatların təqdim edilməsi; Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi; Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması; Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.