Ana Səhifə
Vakansiyalar

İnzibati işlər üzrə mütəxəssis/aparıcı mütəxəssis

İnzibati işlər üzrə mütəxəssis/aparıcı mütəxəssis

Other

Bakı

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 fevral 2026

Son Tarix: 4 mart 2026

Təsvir

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;

  • Könüllü tibbi siğorta; (ailə paketi)

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;

  • Peşəkar komanda ilə işləmək fürsəti;

Vəzifə öhdəlikləri:

  • Ofisin sanitariya-gigiyena normalarına əsasən təmiz saxlanmasına nəzarət;

  • İş yerlərində  sağlam sanitariya və gigiyena şəraitini təmin etmək üçün xadimələrin işinin koordinasiyası;

  • Ofis avadanlıqlarının, infrastrukturun təmiri və texniki xidmətlərinin təmin olunması;

  • Mətbəx üçün qida və qeyri-qida məhsullarının aylıq normalara əsasən sifariş edilməsi, anbarda yerləşdirilməsi və istifadəsinə nəzarətin təmin olunması;

  • Dəftərxana və digər ofis ehtiyacları aylıq normaya və işçilərdən daxil olan sorğulara uyğun sifariş edilməsi, anbarda yerləşdirilməsi və istifadəsinə nəzərət;

  • Havalandırmaya aid olan mərkəzləşdirilmiş sistemin koordinasiya olunması;

  • Ofisdaxili dekorativ bitkilərin müqavilə əsasında üçüncü şəxslər tərəfindən müvafiq qaydada qulluq edilməsi və saxlanılmasına nəzarət;

  • Cəmiyyətə xidmət göstərən mobil operatorun elektron sistemində yeni nömrələr və xidmətlər ilə bağlı sorğuların yaradılması və izlənilməsi;

  • Anbarlarda saxlanılan inventarların vəziyyətinə nəzərət;

  • Anbara dair xidmətlər göstərən şəxsin səlahiyyətli nümayəndələri tərəfindən düzgün və effektiv saxlama qaydalarına riayət olunmasına nəzarət;

  • Anbarda yerləşən avadanlıqların düzgün və təhlükəsiz daşınmasının təşkil edilməsi;

  • Mebel və avadanlıq daxil olmaqla Cəmiyyətin aktivlərinin düzgün və effektiv idarə olunması;

  • Xarici ezamiyyətlərə dair məsələlərin icra və tam koordinasiya olunması;

  • Sadalanan xidmətlərə dair üçüncü tərəflərdən daxil olan sənədlərin yoxlanılması, daxili ERP sisteminə işlənilməsi, Maliyyə və Mühasibatlıq şöbəsinə sözügedən sənədlərin ödəniş üçün ötürülməsi;

  • Rəhbərlik tərəfindən daxil olan İnzibati işlər şöbəsinin fəaliyyəti ilə bağlı bütün məsələlərə dair dəstək göstərilməsi;

Namizədə aid tələblər:

  • Ali təhsil;

  • Oxşar vəzifə üzrə minimum 2 il iş təcrübəsi;

  • Dil bilikləri: Azərbaycan dili (səlist), Rus dili (yaxşı), İngilis dili (arzuolunan);

  • MS Office proqramları: Excel (ara hesabatlar, cədvəllər, formullar), Word, Outlook;

  • 1C proqramında işləmə bacarığı;

  • Güclü ünsiyyət, problem həll etmə, Stresə davamlılıq.

İş şəraiti:

  • İş rejimi:  5 günlük

  • İş yeri : Bakı şəhəri (Ezamlara hazır olmaq)

  • İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.

Xahiş edirik CV-lərinizi mövzu bölməsində “İnzibati işlər üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd etməklə göstərilən e-mail ünvanına göndərəsiniz.

Necə Müraciət Etmək Olar

Foton

Foton

Other

Foton LLC yüksək səviyyəli bina idarəçiliyi və əməliyyat xidmətləri göstərən ixtisaslaşmış şirkətdir. Şirkətin əsas missiyası yaşayış sahələrində xidmət keyfiyyəti, operativ dəstək və təhlükəsizlik əsaslı yanaşma tətbiq etməklə sabit və dayanıqlı idarəetmə mühiti formalaşdırmaqdır. Foton fəaliyyətini maksimum məxfilik, peşəkarlıq və etibarlılıq prinsipləri üzərində qurur. Şirkətin xidmət portfelinə texniki istismar, təmizlik, yaşıllaşdırma və əraziyə qulluq, təhlükəsizlik xidmətləri, eləcə də CAPEX və OPEX layihələrinin idarə olunması daxildir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7289

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya