Ana Səhifə
Vakansiyalar

İnzibati işlər üzrə mütəxəssis

İnzibati işlər üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 yanvar 2026

Son Tarix: 8 fevral 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Şirkətin cari kargüzarlıq materillarına olan eytiyacını müəyyənləşdirmək, sifarişləri həyata keçirmək, alınan malların saxlanılmasını təşkil etmək;

  • Ofisdə işçilərin yer ilə, həmçinin tələb olunan olan bütün avadanlıq və ofis ləvazimatları ilə təmin etmək;

  • Daxil olan və göndəriləcək korrespondensiyanın (məktubların) qeydiyyatını aparmaq, sürətini çıxarmaq və/və ya skan edilməsini təmin etmək;

  • Rəsmi məktubların yazılmasını təmin etmək;

  • Ofis mebelinin saxlanması, daşınmaz əmlak və avadanlıqların inventarizasiyasına nəzarət etmək;

  • Ofisdə yaranan bütün çatışmamazlıqların operativ aradan qaldırılmasına nail olmaq (su, işıq,

  • istilik və s.);

  • Ofisin təmizliyinə nəzarət etmək;

  • Kuryer və taksi xidmətinin sifarişini, sifarişlərin tənzimlənməsini və dəqiqliklə yerinə yetirilməsini həyata keçirmək;

  • Şirkətə gələn qonaqları qarşılayıb, onların tələblərini, sorğularını aydınlaşdırıb, müvafiq struktura yönəltmək;

Tələblər

  • Ali təhsil;

  • İnzibati işlər üzrə ən azı 1 il peşəkar təcrübə;

  • İş və proseslərin təşkili üzrə təcrübə/bacarıq;

  • Təhlil etmə və təşkilatçılıq bacarıqları;

  • Güclü ünsiyyət və dinləmə bacarığı,

  • Güclü problem həll etmə bacarığı;

  • MS Office programları üzrə biliklər;

  • Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını Mövzu/Subject hissəsində “İnzibati işlər üzrə mütəxəssis” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4246

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Back-end Developer

Tam Ştat

Tələb olunan bilik və bacarıqlar: Texniki Bacarıqlar: Python bilikləri: Data analizi üçün əsas Python kitabxanalarını bilmək; Sadə API yazmaq bacarığı; Pandas (məlumatların işlənməsi və təhlili üçün) ; NumPy (riyazi hesablama və massiv əməliyyatları üçün) ; Matplotlib və ya Seaborn (vizuallaşdırma üçün) ; Web Scraping. SQL bilikləri: Verilənlər bazasından məlumatların əldə edilməsi və təhlil üçün SQL sorğularını yazmaq bacarığı; Excel bilikləri: Əsas məlumat təhlili və hesabat hazırlamaq üçün Excel funksiyalarını bilmək. Pivot cədvəlləri ilə işləmək; Ümumi Bacarıqlar: Statistik anlayışlar (orta, median, standart kənarlaşma) barədə baza biliklər; Problem həll etmə bacarığı; Verilənlərdən istifadə edərək qərar qəbul etməyə dəstək olmaq üçün analitik düşüncə tərzi; Komanda ilə işləmək bacarığı: Təhsil və təcrübə: Məlumat analitikası, kompüter elmləri, riyaziyyat və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi. Təcrübə proqramlarında iştirak və ya kiçik data analitik layihələrdə təcrübə üstünlükdür. Üstünlük verilən əlavə bacarıqlar: Python-da Jupyter Notebook və ya Google Colab ilə işləmək. Məlumat təmizləmə (data cleaning) təcrübəsi. Üstünlüklərimiz: Rəqabətli əmək haqqı; Professional inkişaf üçün təlimlərin təşkili. Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır; Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmiləşdirmə. Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bakı

Front-End Developer

Tam Ştat

Tələb olunan bilik və bacarıqlar: İnformasiya Texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi və ya oxşar sahə üzrə təhsil; Minimum 2 il Frontend proqramlaşdırma təcrübəsi; HTML5, CSS3, SCSS, Tailwind, Ant Design; Mükəmməl istifadəçi interfeysi yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi bacarığı; Responsive dizayn bilikləri; JavaScript üzrə dərin biliklər (DOM manipulasiyası, ES6 daxil olmaqla); JavaScript Framework-lərdən React biliklərinin olması vacibdir; JSON və Rest API haqqında biliklər; RESTful servislərlə işləmə bacarığı; Redux, Redux Toolkit, RTK Query üzrə praktiki biliklər; React hook form və ya oxşar form state idarəetmə kitabxanası ilə təcrübə; TypeScript və TSX ilə praktiki təcrübə; Git və digər Versiya İdarəetmə Sistemləri (VCS) üzərində işləmək bacarığı Clean code prinsiplərini bilmək; Microfrontend ilə təcrübə (arzuolunandır); Test kitabxanaları ilə təcrübə (arzuolunandır); Azərbaycan dilində əla, İngilis dilini yaxşı (mündəricatla işləmək və texniki məlumatları başa düşmək bacarığı) səviyyədə bilmək. İş rejimi: 5 günlük iş həftəsi; Saat 09.00-dan 18.00-kimi. Üstünlüklərimiz: Rəqabətli əmək haqqı; Professional inkişaf üçün təlimlərin təşkili. Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır; Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmiləşdirmə. Vakansinın tələblərinə uyğun gələn namizədlər CV-lərini mövzu hissəsində “Front-End Developer” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.