İnzibati işlər üzrə direktor köməkçisi

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 31 mart 2026

Təsvir

  • Daxil olan zənglərin cavablandırılması;

  • Valideynlərlə əlaqə (ödəniş, davamiyyət və akademik göstəricilərlə bağlı);

  • Şagirdlərin uyğun qruplara yerləşdirilməsi;

  • Əlavə dərslərin təyin olunması, dərslərin vaxtının dəyişdirilməsi, ləğvi və ya əvəz olunmasının təşkili;

  • Birbaşa rəhbərin görüşlərinin planlaşdırılması və koordinasiyası;

  • Tələbə müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi;

  • Tədris materiallarının çap edilməsi;

  • Şagirdlərə dərsliklərin təqdim olunması;

  • Sənədlərin redaktəsi (toplular, konspektlər, dərsliklər və s.).

Tələblər

  • Oxşar vəzifədə ən azı 1 il iş təcrübəsi;

  • Ali təhsil;

  • Kompüter proqramlarının əsas bilikləri;

  • Azərbaycan və Rus dilləri - səlis, İngilis dili - arzuolunandır;

  • Stressə davamlılıq;

  • Vaxtın effektiv idarə olunması bacarığı;

  • Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları.

Biz nə təklif edirik:

  • İş yeri: Landau school, Zabitlər bağı;

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;

  • Stabil, gecikməyən əmək haqqı;

  • İş qrafiki: həftəiçi günlər 10:30-18:30 (nahar fasiləsi 13:00-14:00), şənbə günləri 10:00-15:00

Necə Müraciət Etmək Olar

Landau Education Group

Landau Education Group

Education

2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9655

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya