İnvestisiya Məhsulları üzrə Məhsul Sahibi (Product Owner)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 11 iyun 2026
Təsvir
İnvestisiya Məhsulları üzrə Məhsul Sahibi olaraq siz bankın investisiya ekosistemində yeni məhsulların yaradılması, mövcud məhsulların inkişaf etdirilməsi və rəqəmsal həllərin formalaşdırılması prosesinə rəhbərlik edəcəksiniz. Bu rol investisiya məhsulları üzrə biznes baxışını texnoloji imkanlarla birləşdirərək, məhsulun ideyadan istehsalata qədər bütün həyat dövrünün idarə edilməsini əhatə edir.
Namizəd həm maliyyə/investisiya sahəsini, həm də proqram təminatlarının hazırlanması proseslərini yaxşı anlamalı, biznes və texniki komandalar arasında körpü rolunu effektiv şəkildə yerinə yetirməlidir.
Əsas vəzifələr
İnvestisiya və xəzinədarlıq məhsullarının ideyalaşdırılması, prioritetləşdirilməsi, inkişafı və bazara çıxarılması proseslərini idarə etmək;
Məhsul strategiyasını və roadmap-i formalaşdıraraq biznes məqsədlərinə uyğun inkişaf istiqamətlərini müəyyən etmək;
Biznes tələblərinin hazırlanması, texniki komandaya düzgün ötürülməsi və funksionallıqların implementasiya prosesinə nəzarət etmək;
Agile/Scrum yanaşmaları əsasında backlog idarəetməsi, user story və acceptance criteria-ların hazırlanmasını təmin etmək;
İnvestisiya məhsulları üzrə regulator tələblərinin, eləcə də tərəfdaş qurumlarla inteqrasiya ehtiyaclarının düzgün müəyyən olunmasını təmin etmək;
Məhsul üzrə texniki həllərin hazırlanması zamanı IT, təhlükəsizlik və inteqrasiya komandaları ilə sıx əməkdaşlıq etmək;
Müştəri davranışlarını, bazar tendensiyalarını və rəqib məhsullarını təhlil edərək yeni imkanları müəyyənləşdirmək;
Məhsul performansını KPI və digər göstəricilər əsasında izləmək və optimallaşdırma təşəbbüsləri irəli sürmək;
Beynəlxalq investisiya praktikalarını və fintech trendlərini davamlı araşdıraraq innovativ həllərin tətbiqinə təşəbbüs göstərmək.
Tələblər
Maliyyə, Bank işi, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil;
Bank və ya maliyyə sektorunda minimum 3 il məhsul idarəetməsi, biznes analitika və ya əlaqəli sahə üzrə iş təcrübəsi;
İnvestisiya və ya xəzinədarlıq məhsulları ilə işləmə təcrübəsi üstünlükdür;
Agile/Scrum metodologiyaları üzrə praktiki iş təcrübəsi;
Səhm, istiqraz, ETF, investisiya fondları və digər investisiya alətləri üzrə biliklər;
Məhsul inkişafı həyat dövrü (SDLC) və proqram təminatının hazırlanması prosesləri üzrə anlayış;
Texniki tapşırıqların, user story-lərin və funksional tələblərin hazırlanması bacarığı;
Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları;
Müxtəlif komandalar və maraqlı tərəflərlə effektiv kommunikasiya və koordinasiya bacarığı;
Məlumat əsaslı qərarvermə yanaşması və məhsul metrikaları ilə işləmə təcrübəsi;
Regulyativ tələblər və investisiya bazarı infrastrukturu haqqında məlumat üstünlükdür.
Necə Müraciət Etmək Olar
Bank Respublika ASC
Finance
Bank Respublika ASC Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və 1992-ci ildə təsis olunub. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri, biznes maliyyələşməsi və digər maliyyə xidmətləri təqdim edir. Bank Respublika geniş filial şəbəkəsi və müasir xidmət infrastrukturu ilə ölkənin bank sektorunda mühüm mövqeyə malikdir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü xidmət prinsiplərini əsas tutur. “Bank Respublika Mobile” tətbiqi və rəqəmsal bankçılıq həlləri vasitəsilə istifadəçilərə sürətli və rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank həmçinin sahibkarlığın dəstəklənməsi, kiçik və orta biznesin maliyyələşdirilməsi və ölkə iqtisadiyyatının inkişafına töhfə verən layihələrdə aktiv iştirak edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16789
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000