İnsan resursları üzrə təcrübəçi / Kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
Bəy namizədlər;
İnsan resursları sahəsində 6 aya qədər iş təcrübəsi;
Xarici dil bilikləri üstünlükdür;
MS Office bilikləri;
Əmək qanunvericiliyi üzrə biliklər;
Yüksək kommunikasiya, nəticəyönümlülük, analitik düşünmə və təqdimat bacarıqlarına sahib olmalı.
Vəzifə öhdəlikləri:
Mövcud vakansiyaların təhlil edilməsi, elanların hazırlanması və yerləşdirilməsi;
Namizədlərlə müsahibələrin təşkil edilməsi;
Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
İşçilərin şəxsi işlərini hazırlanması və formalaşdırılması, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişikliklərin qeyd edilməsi
HR şöbəsinin digər işlərinə dəstək verilməsi
İş şəraiti:
Rəqabətə davamlı əmək haqqı
İş vaxtı: 09:00–dan 18:00 dək;
3 aylıq təcrübə müddətindən sonra uğurlu olduğu halda kiçik mütəxəssis vəzifəsinə keçiriləcəkdir.
İstirahət günləri: Şənbə və Bazar;
Müraciət etmək istəyən namizədlər CV-lərini göstərilən mail ünvanına mövzu hissəsinə “İnsan resursları üzrə təcrübəçi” qeyd edərək göndərə bilər.
Necə Müraciət Etmək Olar
Mazarina Trade Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13322
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə