Ana Səhifə
Vakansiyalar

İnsan resursları üzrə mütəxəssis (Sumqayıt)

İnsan resursları üzrə mütəxəssis (Sumqayıt)

Sumqayıt

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 27 may 2026

Təsvir

  • Bəy namizəd;

  • Ali təhsil;

  • Sahə üzrə 2 il iş təcrübəsi;

  • Azərbaycan Respublikası Əmək Məcəlləsini üzrə biliklər;

  • Sənədləşdirmə və yazışma işlərini bacarmalı;

  • Kompüter bacarıqları (MS Office proqramları);

  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;

  • Azərbaycan dilini mükəmməl bilməli, rus dili və ingilis dili arzuolunandır;

  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • İşçilər barədə məlumatların məlumat bazasına işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi;

  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;

  • İnsan resursları departamentinə fəaliyyəti ilə bağlı vaxtaşırı hesabatların hazırlanıb təqdim edilməsi;

  • İşçilərin davamiyyətinin yoxlanılması və nəzarətdə saxlanılması;

  • İşə qəbul, işdən azad olma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR-a aid digər sənədlərin İR departamentinə göndərilməsinin və daxili proqramda işlənilməsinin təmin edilməsi;

  • Müəssisələrə əmək qanunvericiliyi ilə bağlı mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi;

  • Usta və fəhlə heyəti üzrə işçi axtarışlarının həyata keçirilməsi, elanların tərtib edilib paylaşılması, fəhlə heyəti bazasının idarə edilməsi;

  • Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi.

İş şəraiti:

  • 6 günlük iş qrafiki (Şənbə yarım iş günü);

  • İş yeri: Sumqayıt sülh küçəsi;

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnsan resursları üzrə mütəxəssis (Sumqayıt)” yazmaqla qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15055

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya