İnsan resursları üzrə mütəxəssis - Kürdəmir
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 15 fevral 2026
Təsvir
Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Tələblər
İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.
MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
Azərbaycan Respublikası Əmək qanunvericiliyinin əsaslarını bilməli;
Miqrasiya məcəlləsini bilməli;
İş haqqında məlumat:
Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
İşçilərin şəxsi işlərinin formalaşdırılması;
Əmək kitabçalarına qeydiyyatların aparılması;
Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edilməsi.
Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
İş şəraiti
İş Qrafiki: Həftə içi 5 gün, 09:00-18:00
**İş Yeri:**Kürdəmir rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ İnsan resursları üzrə mütəxəssis (Kürdəmir ) ” qeyd etməyiniz xahiş olunur. Və ya qeyd olunan linkə daxil olub müraciət edə bilərsiniz.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4944
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+