Ana Səhifə
Vakansiyalar

İnsan Resursları üzrə Mütəxəssis

İnsan Resursları üzrə Mütəxəssis

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 25 iyun 2026

Təsvir

İnsanlarla işləməyi sevən, komandamızı gücləndirəcək, güclü əmək qanunvericilik biliyi olan və HR proseslərinə real dəyər qatacaq İnsan Resursları üzrə Mütəxəssis axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi iş qovluqlarının yaradılması, sənədlərin sistemləşdirilməsi və müvafiq qeydiyyat prosesinin aparılması;

  • ƏMAS sistemi üzərindən əmək müqavilələrinin rəsmiləşdirilməsi, dəyişikliklərin işlənməsi və xitam prosedurlarının həyata keçirilməsi;

  • İş vaxtının uçotu üzrə aylıq davamiyyət cədvəllərinin tərtib olunaraq təsdiqə təqdim edilməsi;

  • Məzuniyyət qrafikinin hazırlanması, əmək məzuniyyətlərinin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi;

  • Ezamiyyətlə bağlı əmrlərin, vəsiqələrin və digər əlaqəli sənədlərin hazırlanmasının təmin edilməsi;

  • Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müxtəlif kadr əmrlərinin hazırlanıb icraya yönləndirilməsi;

  • Əmək kitabçalarında işçilərə dair müvafiq məlumat və dəyişikliklərin qeyd edilməsi;

  • Əmək haqqı kartları üzrə sifarişlərin təşkili və aidiyyəti məlumatların mühasibatlığa ötürülməsi;

  • Dövlət qurumlarından daxil olan müraciət və sorğuların araşdırılması və rəsmi cavabların hazırlanması;

  • Vəzifə təlimatlarının hazırlanması, yenilənməsi və aidiyyəti şöbələrlə koordinasiya olunması;

  • Rəhbərlik üçün insan resursları istiqamətində hesabatların hazırlanaraq təqdim edilməsi;

  • Müəssisədaxili sənədlərin və prosedurların qüvvədə olan qanunvericiliyə uyğun şəkildə tərtib olunması;

  • Şirkətə məxsus maliyyə, kommersiya və digər daxili məlumatların konfidensiallığının qorunmasına riayət edilməsi.

Tələblər

  • İR sahəsində 3–5 il iş təcrübəsi

  • Tabel uçotu və kadr əmrlərinin hazırlanması üzrə güclü praktiki bilik

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Qanunvericiliyi üzrə biliklər

  • İngilis dili – bilməsi üstünlükdür

  • MS Excel proqramında yaxşı işləmək bacarığı

  • Dəqiqlik, məxfilik və məsuliyyətlilik

  • Analitik düşüncə və detallara diqqət

  • Güclü ünsiyyət və təşkilati bacarıqlar

CV-nizi mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18535

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

İnşaat mühəndisi

Tam Ştat

Azroksan tikinti layihələrinin idarə olunması və koordinasiyası sahəsində təcrübəli, məsuliyyətli və nəticəyönümlü İnşaat Mühəndisi axtarır. Namizəd layihələrin planlanması, icrası və nəzarətində aktiv rol almalı, podratçılar və daxili komandalarla effektiv əməkdaşlıq qurmağı bacarmalıdır. Layihələri vaxtında və keyfiyyət standartlarına uyğun şəkildə tamamlayacaq, güclü təşkilatçılıq və ünsiyyət bacarıqlarına malik şəxslərə üstünlük verilir. Əsas vəzifə və öhdəliklər Şirkətin ehtiyacı olan obyektlərin, inzibati binaların və infrastrukturun tikintisi ilə bağlı bütün layihə və inşaat fəaliyyətlərini koordinasiya etmək Daxili bölmələrlə birgə icra olunan prosesləri (tender, qəbul, yoxlama, hesabatlandırma və s.) əlaqələndirmək Şirkətin əsas podratçı kimi həyata keçirdiyi tikinti layihələrini və podrat işlərini koordinasiya etmək Layihə və tikinti işləri üzrə ümumi strategiya, prinsip və prosedurların hazırlanmasını və icrasını təmin etmək Zonalaşdırma və baş planlarla bağlı prosesləri idarə etmək Layihə məqsədlərinin müəyyənləşdirilməsi və bütün mərhələlərdə icrasına nəzarət etmək Layihə üzrə təqdimatlar, sahə ziyarətləri və maraqlı tərəflərlə kommunikasiya proseslərini təşkil etmək Məsləhətçi və podratçı şirkətlərlə işlərin koordinasiyasını həyata keçirmək və ödəniş proseslərini izləmək Tender mərhələsində texniki dəstək göstərmək və müqavilə sonrası prosesləri idarə etmək Layihə planlaması (WBS), iş qrafikləri və mərhələlərin (milestone) hazırlanması və izlənməsini təmin etmək Layihə üzrə məlumat axını, RFI-lərin idarə olunması və qərarların paylaşılmasını koordinasiya etmək Layihə sənədlərinin və yazışmaların qeydiyyatını aparmaq, iclasları təşkil etmək və protokollarını hazırlamaq Risklərin idarə olunmasını və risk məsul şəxslərinin müəyyənləşdirilməsini təmin etmək Rəhbərlik üçün hesabatlar, təqdimatlar və aylıq fəaliyyət hesabatlarını hazırlamaq Tikinti işləri üzrə qəbul (acceptance) və nəzarət (superviziya) proseslərini idarə etmək Dövlət qurumları və bələdiyyələrlə əlaqələri koordinasiya etmək “As-built” layihələrinin hazırlanması və saxlanılmasını təmin etmək Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək

Bakı