İnşaat mühəndisi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
Azroksan tikinti layihələrinin idarə olunması və koordinasiyası sahəsində təcrübəli, məsuliyyətli və nəticəyönümlü İnşaat Mühəndisi axtarır. Namizəd layihələrin planlanması, icrası və nəzarətində aktiv rol almalı, podratçılar və daxili komandalarla effektiv əməkdaşlıq qurmağı bacarmalıdır. Layihələri vaxtında və keyfiyyət standartlarına uyğun şəkildə tamamlayacaq, güclü təşkilatçılıq və ünsiyyət bacarıqlarına malik şəxslərə üstünlük verilir.
Əsas vəzifə və öhdəliklər
Şirkətin ehtiyacı olan obyektlərin, inzibati binaların və infrastrukturun tikintisi ilə bağlı bütün layihə və inşaat fəaliyyətlərini koordinasiya etmək
Daxili bölmələrlə birgə icra olunan prosesləri (tender, qəbul, yoxlama, hesabatlandırma və s.) əlaqələndirmək
Şirkətin əsas podratçı kimi həyata keçirdiyi tikinti layihələrini və podrat işlərini koordinasiya etmək
Layihə və tikinti işləri üzrə ümumi strategiya, prinsip və prosedurların hazırlanmasını və icrasını təmin etmək
Zonalaşdırma və baş planlarla bağlı prosesləri idarə etmək
Layihə məqsədlərinin müəyyənləşdirilməsi və bütün mərhələlərdə icrasına nəzarət etmək
Layihə üzrə təqdimatlar, sahə ziyarətləri və maraqlı tərəflərlə kommunikasiya proseslərini təşkil etmək
Məsləhətçi və podratçı şirkətlərlə işlərin koordinasiyasını həyata keçirmək və ödəniş proseslərini izləmək
Tender mərhələsində texniki dəstək göstərmək və müqavilə sonrası prosesləri idarə etmək
Layihə planlaması (WBS), iş qrafikləri və mərhələlərin (milestone) hazırlanması və izlənməsini təmin etmək
Layihə üzrə məlumat axını, RFI-lərin idarə olunması və qərarların paylaşılmasını koordinasiya etmək
Layihə sənədlərinin və yazışmaların qeydiyyatını aparmaq, iclasları təşkil etmək və protokollarını hazırlamaq
Risklərin idarə olunmasını və risk məsul şəxslərinin müəyyənləşdirilməsini təmin etmək
Rəhbərlik üçün hesabatlar, təqdimatlar və aylıq fəaliyyət hesabatlarını hazırlamaq
Tikinti işləri üzrə qəbul (acceptance) və nəzarət (superviziya) proseslərini idarə etmək
Dövlət qurumları və bələdiyyələrlə əlaqələri koordinasiya etmək
“As-built” layihələrinin hazırlanması və saxlanılmasını təmin etmək
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək
Tələblər
İnşaat mühəndisliyi üzrə ali təhsil
Tikinti layihələrinin idarə olunması sahəsində minimum 3-5 il iş təcrübəsi
Layihə idarəetməsi, tikinti prosesləri və texniki sənədlərlə işləmə bacarığı
MS Office və layihə idarəetmə alətləri üzrə biliklər
Analitik düşüncə, planlama və koordinasiya bacarıqları
Güclü ünsiyyət və komanda ilə işləmə qabiliyyəti
Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron ünvanına, mövzu hissəsində “İnşaat mühəndisi” qeyd etməklə göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
AZROKSAN LLC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15734
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə