İnsan resursları üzrə kiçik mütəxəssis / mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 29 aprel 2026
Son Tarix: 28 may 2026
Təsvir
Namizədə olan tələblər:
Ali təhsil;
İR əməliyyatları sahəsi üzrə 1-3 il iş təcrübəsi;
Əmək Qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət);
Müvafiq e-platformalarında əməliyyatların aparılması bacarığı;
MS Office proqramlarından istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;
İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi, onboardinglərin aparılması);
İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
Digər strukturlardan və əmək müfəttişliyindəndən daxil olan İR-ı ilə bağlı sorğularının cavablandırılması;
Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
Hesabatların rəhbərliyə təqdim olunması;
Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi;
Əməkdaşlar arasında baş vermiş konfliktlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi;
Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
Müvafiq proqram teminatinda əmək haqqıların, son haqq hesabların , məzuniyyət haqlarının hesablanması və ödənişə göndərilməsi;
Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılmasının təmin edilməsi.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
Karyera inkişafı imkanları və mehriban kollektiv.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları üzrə kiçik mütəxəssis/mütəxəssis” yazaraq hr-cv@grandmotors.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Grand Motors Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15387
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə