Ana Səhifə
Vakansiyalar
İnsan Resursları (HR)
İşə qəbul (Talent Acquisition)

İnsan Resursları üzrə Baş Mütəxəssis (HR Generalist)

İnsan Resursları üzrə Baş Mütəxəssis (HR Generalist)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 9 iyun 2026

Təsvir

İş yeri: Qusar rayonu

Vəzifə öhdəlikləri:

  • İşə qəbul proseslərinin təşkili və icrası

  • CV-lərin dəyərləndirilməsi və müsahibələrin keçirilməsi

  • İşçilərin işə qəbulu, vəzifə dəyişiklikləri və işdən çıxarılması proseslərinin idarə olunması

  • Əmək müqavilələrinin hazırlanması və elektron sistemlərdə qeydiyyatı

  • Əmək haqqı hesablamalarının (payroll) aparılması

  • Davamiyyətin izlənməsi və hesabatların hazırlanması

  • Məzuniyyət, ezamiyyət və digər HR əməliyyatlarının idarə olunması

  • İşçi sənədlərinin düzgün və sistemli şəkildə saxlanılması

  • Əmək qanunvericiliyində dəyişikliklərin izlənməsi və tətbiqi

  • HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması

Tələblər

  • Ali təhsil (İnsan Resursları, Biznesin İdarəedilməsi və ya əlaqəli sahələr üzrə üstünlükdür)

  • İnsan Resursları sahəsində minimum 2 il iş təcrübəsi

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək

  • Payroll və HR əməliyyatları üzrə praktiki təcrübə

  • MS Office proqramlarında, xüsusilə Excel üzrə yaxşı biliklər

  • Ünsiyyət, təşkilatçılıq və analitik düşünmə bacarığı

Şirkət tərəfindən təklif olunur:

  • Rəqabətli əmək haqqı

  • Stabil və peşəkar iş mühiti

  • Regionda işləmək imkanı

  • Nahar və yaşayış şirkət tərəfindən təmin edilir

Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Deluxe Park Qusar

Deluxe Park Qusar

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17825

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Gəlirlərə nəzarət üzrə mühasib

Tam Ştat

Vəzifə öhdəlikləri: Əldə olunan bütün gəlirlərin düzgün qeyd edilməsinin və uyğunsuzluqlar barəsində vaxtı-vaxtında məlumat verilməsinin təmin edilməsinə cavabdeh olmaq; Gündəlik gəlir hesabatlarının hazırlanması və bütün gəlirləri bankda olan nağd pul və hər gün üzrə debitor borcların dinamikası ilə uyğunlaşma aparması; Bütün gəlirlərin qeyd edilməsini və gündəlik hesabat verilməsini və gəlir prosesinə aid olan bütün nəzarət prosedurlarının həyata keçirilməsini təmin edilməsi; Bütün satış şöbələri üçün gündəlik gəliri və statistik məlumatı yoxlamaq, təsdiq etmək, yeniləmək və gündəlik gəlirlər üzrə hesabatı paylanması; Kredit kartı ilə həyata keçirilmiş ödənişlərinə nəzarət edilməsi; Bütün kassirlər üçün müntəzəm şəkildə bank auditinin həyata keçirməsi; Bütün təsdiqedici sənədlərin varlığını yoxlamaq, qonaqlar tərəfindən imzalanmış folio və qüsur çeklərini, xərclərin müqavilə ilə uyğun olduğunu yoxlanması; Gəlirlərin vaxtında mühasibatlıq proqramında düzgün hesablar üzrə göstərilməsini təmin edilməsi; Vaxtı keçmiş hesablarla əlaqəli lazımi məlumatların təqib edilməsi üçün lazımi şəxsə verildiyindən əmin olmalı, maliyyə direktoruna məlumat verməli; Namizədə dair tələblər: Təhsil səviyyəsi : Ali maliyyə, Orta ixtisas və mühasibat uçotu sahələri üzrə Komandada işləmək bacarığı İşi təqib etmə Dəqiqlik Kompüter bilikləri: MS Excel, MS Word, ElektraWeb üstünlükdür. İş şəraiti: İş qrafiki: 6 günlük Nahar fasiləsi: 13:00-14:00 Təminatlar: Nahar şirkət tərəfindən verilir Yataqxana təminatı (uzaq şəhər və rayonlardan  gələnlər üçün) Əmək haqqı:  Müsahibə əsasında təyin olunacaq Uyğun namizədlər öz CV-lərini **“Gəlirlərə nəzarət üzrə mühasib”**başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.