Ana Səhifə
Vakansiyalar

İnsan resursları üzrə baş mütəxəssis

İnsan resursları üzrə baş mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 yanvar 2026

Son Tarix: 23 fevral 2026

Təsvir

  • Təşkilatın strateji planına uyğun olaraq işçi qüvvəsi ehtiyaclarını planlaşdırılmasında iştirak etmək və  gələcək işçi qüvvəsi tələblərini proqnozlaşdırmasında dəstək olmaq;

  • Agentlik üzrə mövcud vakansiyaları təhlil etmək, iş elanlarını hazırlayıb və müəyyən edilmiş mənbələrdə yerləşdirmək;

  • İşə qəbul kanallarını (karyera saytları, sosial media, universitetlər) idarə etmək və optimallaşdırmaq;

  • Agentlik üzrə müxtəlif insan resursları layihələrini idarə etmək;

  • İşə qəbul prosesinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

  • Yeni işə götürülənlərin "onboarding" prosesini planlaşdırmaq və uğurlu adaptasiyaya dəstək olmaq;

  • İllik hədəflərin struktur bölmə rəhbərləri ilə birgə müəyyənləşdirilməsində iştirak etmək və müvafiq tövsiyələr vermək;

  • Kompensasiyaların verilməsini  bazar təhlillərinə əsasən optimallaşdırılması üçün təkliflər vermək;

  • İşçilərin karyera inkişafını və müxtəlif bölmələrdə təcrübə qazanmalarını dəstəkləyən rotasiya proqramlarının işlənib hazırlanmasına dəstək olmaq;

  • HR analitikası ilə işə qəbul göstəricilərini izləmək (time-to-fill, cost-per-hire, quality of hire və s.);

  • Daxili və xarici tərəfdaşlarla əməkdaşlıq etmək (stakeholder management);

  • Həftəlik, aylıq və rüblük hesabatları hazırlamaq;

  • İşə götürən brendinin gücləndirilməsi üçün töhfələr vermək;

  • İşçi rifahı, müxtəliflik və inklüzivlik, istedadların idarə edilməsi ilə bağlı ən yaxşı təcrübələrin tətbiqinə dəstək olmaq;

  • Agentlik dəyərlərinə uyğun mədəniyyətin qurulmasına dəstək olmaq.

Tələblər

  • İnsan Resursları, Psixologiya və ya müvafiq sahə üzrə ali təhsil arzuolunandır;

  • İnsan resursları sahəsində minimum 3-4 il təcrübə;

  • Struktur müsahibə metodologiyaları, qiymətləndirmə alətləri və axtarış texnikalarında dərin biliyə sahib olmaq;

  • Analitik düşüncə bacarığı;

  • Effektiv kommunikasiya və danışıqların aparılması bacarıqları;

  • Proaktivlik, nəticəyə yönəlik yanaşma və komanda ruhu;

  • Sahə üzrə beynəlxalq sertifikatın olması üstünlükdür;

  • İngilis dili və Rus dili biliyi üstünlükdür.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4907

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya