İnsan resursları üzrə aparıcı mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 8 yanvar 2026
Təsvir
Əsas tələblər:
Təhsil: Ali təhsil;
Təcrübə: minimum 3 il (müvafiq sahə üzrə);
Komputer bilikləri (Microsoft office, Excell, Word, PowerPoint, outlook) yaxşı;
Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
Fərdi keyfiyyət göstəriciləri:
Diqqətlilik;
İntizamlılıq;
Yüksək kommunikasiya;
Yenilikçi və proaktiv yanaşma;
Komanda işi;
Keyfiyyət yönümlülük;
Məqsəd yönümlülük;
Nəticə yönümlülük;
Araşdırma, təhlil, müqayisə və qərar vermək;
İş barədə:
HR siyasət və prosedurlarının hazırlanması və tətbiqi.
İşçi motivasiya və qiymətləndirmə proqramlarının təşkili.
İşə qəbul, işdən çıxarılma, vəzifə dəyişikliklərinin qanunvericiliyə uyğun icrası.
“ƏMAS” və digər dövlət portallarında əməliyyatların icrası (əmək müqavilələri, xitam əmrləri, məzuniyyətlər və s.).
Əmək haqqı, məzuniyyət və digər ödənişlər üzrə hesablamaların aparılması və ERP sistemləri vasitəsilə izlənməsi.
Problemli işçilərlə müvafiq prosedurların icrası və həll yollarının tapılması.
Dövlət qurumları ilə əlaqələrin düzgün idarə olunması.
İşçi məlumat bazasının düzgün və dəqiq aparılması.
Seçim və müsahibə proseslərinin aparılması, uyğun namizədlərin cəlb edilməsi.
İşçi ehtiyaclarının müəyyən edilməsi və departamentlərlə koordinasiya.
Tələb olunan HR hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi.
İnsan resursları sahəsində innovativ texnologiyaların tətbiqi və məlumat bazalarının idarə olunması.
İş vaxtının norması:
09:00-18:00 / 5 günlük iş həftəsi
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 ).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə aparıcı mütəxəssis” yazmaqla göstərilən mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Sirab Satış və Dağıtım MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2133
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə