Ana Səhifə
Vakansiyalar

İnsan resursları üzrə aparıcı mütəxəssis

İnsan resursları üzrə aparıcı mütəxəssis

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 may 2026

Son Tarix: 5 iyun 2026

Təsvir

  • Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;

  • Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;

  • İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişikliklərin ERP sisteminə və elektron portala işlənilməsi;

  • Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;

  • Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;

  • Əməkdaşlara dair məlumatların toplanması, sistemləşdirilməsi və təhlili;

  • Analitik arayışlar, təqdimatlar və qərar qəbul etməni dəstəkləyən hesabatların hazırlanması;

  • Məlumatların vizuallaşdırılması məqsədilə dashboard və qrafik hesabatların hazırlanması (Excel, Power BI və digər müvafiq alətlər vasitəsilə);

  • Məlumatların düzgünlüyünün, tamlığının və keyfiyyətinin təmin edilməsi;

  • İnsan resursları proseslərinin avtomatlaşdırılması üçün təklifləri hazırlamaq və icrasında iştirak edilməsi;

  • İnsan resurslarına dair məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması, müvafiq normativ tələblərə riayət olunması;

  • Şirkət əməkdaşlarının işdən çıxma prosedurlarının təşkili: İşdən çıxış səbəblərinin araşdırılması (işdən çıxış müsahibənin keçirilməsi), müvafiq şöbənin əməkdaşına yönləndirilməsi, ərizənin alınması, elektron dövlət portalından və daxili sistem üzərindən işçiyə xitam verilməsi.

Tələblər

  • Ali təhsil: Müvafiq ixtisas (İR idarəedilməsi, İdarəetmə) üzrə bakalavr və ya magistr dərəcəsi

  • İnsan Resursları üzrə azı 3 il iş təcrübəsi

  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı

  • Kompüter bacarıqları: MS Office, 1C, Power BI proqramlarında yüksək səviyyədə işləmək bacarığı

  • “MOSE” sertifikatı, İR sahəsində beynəlxalq sertifikatlar, İR proseslərinin avtomatlaşdırılması layihələrində təcrübə olması üstünlükdür

  • Elektron Hökumət Portalı ilə işləmə bacarığı

  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi yaxşı səviyyədə bilmək

  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı

  • Yüksək təqdimat bacarığı

  • Yüksək analitik düşüncə bacarığı

  • Ezamiyyətlərə açıq olmaq

Necə Müraciət Etmək Olar

PMD Projects MMC

PMD Projects MMC

Other

PMD Projects MMC inşaat layihələrinin idarə edilməsi, layihələndirmə, tikinti nəzarəti və müvafiq mühəndislik xidmətləri üzrə fəaliyyət göstərən peşəkar şirkətdir. Şirkət müasir tikinti standartlarına uyğun keyfiyyətli layihələr həyata keçirərək müştərilərə kompleks həllər təqdim edir və tikinti prosesinin bütün mərhələlərində — planlaşdırmadan təhvil-təbliğə qədər yüksək standartlara uyğun xidmət göstərir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16420

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

201-500